"ABŞ İranda Liviya modelinə bənzər inqilab hazırlayır”.
Cebhe.info-nun məlumatına görə, bu açıqlamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Kosmik Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə verib.
ABŞ-ı ittiham edən SEPAH generalı Atom Enerjisi Üzrə Beynəlxalq Agentiliyin İran ərazisindəki şübhəli hərbi obyektləri yoxlamaq planları barədə məlumatı şərh edərkən belə deyib.
"Fars” agentliyinin yazdığına görə, general Hacızadə bildirib ki, ABŞ yeni sanksiyalar tətbiqi kimi manipulyasiyalar etməklə, təzyiq və psixoloji müharibə yolu ilə iranlılara qarşı Liviya modelini işə salmaqla İranı dağıtmağa cəhd göstərir.
Bir müddət öncə, "Associated Press” agentliyi Amerika administrasiyasındakı mənbəyə istinadən prezident Tramın İranın hərbi və nüvə obyektləri üzərində nəzarəti artırmaq niyyətində olduğunu yazmışdı.
"MAQATE-nin əlavə müfəttişliklərin köməyi ilə Amerika Tehranın zənginləşdirilmiş urandan və nüvə başlıqlarından imtinasına dair daha sanballı şəhadətnamə almaq istəyir”-AP belə qeyd edir.
Müşfiq Abdulla