Yuxarı

Bərzani hədəfi açıqladı: "Böyük Kürdüstan"

Bərzani hədəfi açıqladı:

Natiq Miri: "Onun açıqlamasının arxasında gizli məqamlar var”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yaxın Şərqdə kürdlərə verdiyi dəstək ciddi nəticələr doğurmaqdadır.Artıq İraq Kürd Muxtariyyəti müstəqillik yolunda ciddi addımlar atır.Bir müddət muxtariyyətin lideri Məsud Bərzani sentyabrda müstəqillik referendumunun keçiriləcəyini bildirmişdi. Qeyd edək ki, bu bəyanatda Bərzani xüsusi vurğulamışdı ki, referendumun keçirilməsinə heç bir güc mane ola bilməz. Bu günlərdə isə İraq Kürd Muxtariyyətinin baş naziri Neçirvan Bərzani referendumun hədəflərinə çatmaq üçün yalnız bir vasitə olduğunu deyib.

Bərzani İraq hökumətindən narazı olduqlarını da bildirib.Analitiklər hesab edir ki, kürd liderlərin "böyük hədəf” deyə ifadə etdikləri məhz "Böyük Kürdüstan” ideyasının həyata keçirilməsidir.

Qeyd edək ki, ABŞ-ın "Orta Doğu” layihəsi də məhz Yaxın Şərqdə müstəqil Kürdüstanın yaradılması nəzərdə tutulur.Yaxın Şərqdə müstəqil Kürdüstanın yaradılması isə 5 ölkənin, Türkiyə, İraq, Suriya, İraq və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdid kimi dəyərləndirilir.Analitiklər hesab edir ki, Yaxın Şərqdə müstəqil Kürdüstanın yaradılması bölgədə yeni münaqişə ocaqlarının əsasını qoyacaq.Çünki kürdlər adıçəkilən 5 ölkənin bir sıra ərazilərinə iddialıdır ki, bu da həmin ölkələr üçün böyük təhlükə deməkdir.PKK terror təşkilatının uzun illərdir Türkiyədə apardığı mübarizə də bunun bariz nümunəsidir.Bir müddət öncə isə İranın İraqla sərhəd bölgələrində, Dağlıq Qarabağda və digər iddia etdikləri ərazilərdə PKK terrorçularının yerləşdirilməsi bu planın adıçəkilən ölkələr üçün nə dərəcədə təhlükə vəd etdiyinin nümunəsidir.

Analitiklərin fikrincə, ABŞ-ın dəstəyinə baxmayaraq bu ideyanın reallaşması o, qədər də asan başa gəlməyəcək.Çünki dünyanın və bölgənin lider dövlətləri olan Türkiyə, İran və Rusiya bu prosesi dəstəkləmir və buna qarşı mübarizə aparır.Yaxın Şərqdə müstəqil Kürdüstanın yaradılması Rusiyanın da maraqları çərçivəsində deyil.

Hazırda kürdlərin məskunlaşdığı bölgələrdə Rusiyanın "RosNeft” və "Lukoil” şirkətləri artıq bir müddətdir ki, fəaliyyət göstərir.Ötən ay İraq hökumətinin Rusiya ilə rəsmi əməkdaşlıqlarının genişləndirilməsi haqqında bəyanat verməsi bölgədə gedən proseslərə müəyyən qədər rəsmi Bağdadın cavabı kimi qiymətləndirilə bilər.Analitiklər hesab edirlər ki, İraq hökumətinin Rusiyanı rəsmi səviyyədə ölkəyə dəvət etməsi ABŞ-ın müstəqil Kürdüstan layihəsinə cavabdır.Təbii ki, hazırkı durumda Rusiya ABŞ qədər güclü deyil.Ancaq müstəqil Kürdüstan ideyasına qarşı çıxan Türkiyə, İran və İraqın Rusiyaya bu məsələdə açıq dəstək verməsi ABŞ-ın planlarını poza bilər.

Siyasi şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Bərzaninin bu bəyanatının altında "Böyük Kürdüstan” ideyası gizlənir:

"Birinci hədəf İraqdakı Kürdüstan ərazisinin dövlətləşməsidir. Ancaq proses bununla bitmir. Çünki dövlətin yaşaması üçün onun mütləq mənada xarici ölkələrə çıxışı lazımdır.Maraqlıdır ki, bu çıxış bölgədə Kürdüstanın yaranmasını istəməyən ölkələrlə əhatəlidir.Söhbət İran, Türkiyə və Suriyadan gedir.Ona görə də Türkiyə, İran və xüsusilə də İraqın razılığı olmadan Kürdüstan dövlətinin yaşaması problematikdir.Hesab edirəm ki, Bərzaninin bu açıqlamasının arxasında gizli məqamlar, yəni strateji hədəflər var. Burada söhbət "Böyük Kürdüstan”ın yaradılmasından gedir.Yəni, Kürdüstan dövlətinin sərhədləri təkcə İraq əraziləri ilə məhdudlaşmır."Böyük Kürdüstan” layihəsinə görə bu dövlətin sərhədləri həm İraq, həm Türkiyənin bir hissəsini, həm də Suriyanın şimalını əhatə edir ki, bu da qlobal güclərin maraqları çərçivəsindədir.Hesab edirəm ki, Bərzani böyük hədəflər deyəndə həm də bu fikri nəzərdə tutur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları