Yuxarı

Trampa qarşı aksiyalarda "yəhudi barmağı”

Trampa qarşı aksiyalarda

Prezident Donald Trampa qarşı etirazlar davam edir.Trampın tutduğu siyasi xəttə etiraz edən amerikalılar ABŞ prezidentinin istefasını tələb edir.Qeyd edək ki, Trampa qarşı keçirilən etiraz aksiyaları Ağ Evin qarşısından başlayıb.Sonradan ABŞ-ın bir sıra ştatlarında da eyni məqsədli mitinqlər təşkil olunub.Hətta Amerikanın Feniks şəhərində polis əməkdaşları prezident Donald Trampın istefasını tələb edən aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

"Cümhuriyət” qəzeti xəbər verir ki, şəhər mərkəzində toplaşan yüzlərlə aksiyaçı Trampın öz tərəfdarları ilə görüş keçirdiyi binanın qarşısına yığışıb.Arizona paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib, ancaq bu, Trampın yüzlərlə əleyhdarının qarşısını ala bilməyib.Aksiya iştirakçıları Şarlotsvilldəki hadisələri pisləyib və Trampın məsələyə münasibətini kəskin tənqid edib.Trampın görüşü ərəfəsində şəhərə bir neçə min fəal toplaşıb.Toplaşanlar arasında yəhudilər, protestant icmalarının nümayəndələri, antifaşistlər çoxluq təşkil edib.

Siyasi analitiklər hesab edir ki, Trampa qarşı keçirilən etiraz aksiyaları idarəolunandır və bu məsələdə İsrail kəşfiyyatının əli var. Ancaq İsrail kəşfiyyatının bu məsələdə nə dərəcə rol oynadığı məlum deyil.Nəzərə alsaq ki, Trampın ABŞ prezidentliyinə gəldiyi gündən onun impiçment məsələsi gündəmdədir.ABŞ prezidentinin Rusiya ilə əlaqələri, seçkilərdə saxtakarlıq bu müddət ərzində ən çox müzakirə olunan məsələlərdəndir.Digər tərəfdən ABŞ Konqresi Trampın Rusiya əlaqələrini araşdırmaq üçün müstəqil prokuror təyin edib.Qeyd edək ki, Tramp haqqında araşdırma aparan prokuror Robert Müller məhz bu araşdırmasına görə Tramp tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında Tramp və komandasının vəziyyətinin ağır olduğunu deyib:

"ABŞ prezidenti Donald Trampın komandasında ciddi gərginlik yaşanır. Bir neçə müşaviri və digər sahələrə məsul olan şəxslər istefa verir.Baş verənlər Trampın siyasi reputasiyasını zədələyir. Prezidentlə Dövlət Departamenti, FTB, Konqres və Pentaqon arasında fikir ayrılıqları mövcuddur. Trampın Rusiyaya qarşı sanksiyalar paketini könülsüz imzalaması, Yaxın Şərqdə planlaşdırılmamış siyasət aparması Trampın xarici siyasətində ciddi strateji səhvlərin olduğunu göstərir.Hazırda Pakistanla da müttəfiqlik münasibəti zədələnir.Yeni administrasiya hazırda ABŞ tarixində çox uğursuz bir sistem formalaşdırıb.Konqresmenlərin bir çoxu impiçment tərəfdarıdır və digər siyasi çevrələr də Trampın daxili və xarici siyasətindən narazıdır”.

Trampa qarşı keçirilən mitinqlərə toxunan ekspert qeyd edib ki, Tramp hakimiyyətə gəldiyi gündən ABŞ-da geniş nümayişlər keçirildi:

"Görünür, Trampın özünü doğrultmaması, yenidən idarəolunan nümayişlərin keçirilməsinə strat verib. Ölkənin siyasi institutları hazırda Tramp administrasiyasının xarici siyasətindən ciddi şəkildə narahatdır. İsrail kəşfiyyatının nümayişlərin arxasında durmasına gəldikdə isə, bu, ABŞ -ın təhlükəsizlik sisteminin iflası ola bilər. Bunun olması mümkün görünmür.Qeyd edim ki, İsrailin Trampa qarşı münasibəti normaldır. O, Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını bildirib, həmçinin bu ölkənin tam dəstəkçisidir. Ona görə də nümayişlərdə İsrail barmağı axtarmaq düzgün deyil.Obama dövründə İsraillə ABŞ arasında soyuq küləklər əsirdi.Hazırda iki ölkə arasında əlaqələr yüksək səviyyədədir.Təbii ki, nümayişlər və ard-arda istefalar baş verir.Hesab edirəm ki, bütün bunlar Tramp üçün ciddi baş ağrısına çevriləcək.Amma Trampın tezliklə, vaxtından əvvəl hakimiyyətdən getməsi gözlənilmir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları