Yuxarı

ABŞ silahları Rusiyaya tuşlanır

ABŞ silahları Rusiyaya tuşlanır

ABŞ-ın müdafiə naziri Ceyms Mətts Ukraynaya səfər edib.Kiyevdə aparılan danışıqların predmeti Ukraynanın müdafiə qabiliyyətinin artırılması ilə bağlı olub.Ceyms Məttslə görüşdən sonra keçirdiyi mətbuat konfransında açıqlama verən Ukrayna prezidenti Pyotr Poroşenko hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdiklərini bildirib. Prezident iyun ayında ABŞ-a səfəri zamanı Ukraynanın müdafiə vasitələri ilə təmin olunmasına dair əldə olunmuş razılaşmanın yerinə yetirildiyini vurğulayıb. 


Söhbət Birləşmiş Ştatların Ukraynaya Rusiyanın təcavüzündın qorumaq üçün ağır silahların verilməsindən gedir.Ukraynanın müdafiə naziri Stepan Poltarakın səfər ərəfəsində verdiyi açıqlamaya görə, Amerikadan 50 milyon dəyərində tank əleyhinə yüksək texnologiyalı "Javelin” raketləri və raketdən müdafiə sistemləri vasitələrinin idxal edilməsi gözlənilir.Ceyms Mətts isə ABŞ-ın Rusiyanı ilhaq etməsini tanımadığını bəyan edib.Prezident Poroşenko Rusiya Federasiyasının Donbasa hərbi müdaxiləsinin Ukrayna ilə yanaşı, ABŞ-a yönəlmiş bir çağırış olduğunu deyib. Buna cavabında nazir Mətts Birləşmiş Ştatların Ukraynaya dəstəyini ifadə edən bəyanatla çıxış edib: "ABŞ-ın bütün məsələlərdə Ukraynanın yanında olduğuna şübhə etmirəm. Suverenliyə və ərazi bütövlüyünə, bütövlükdə beynəlxalq hüquqa və beynəlxalq qaydalara yaranmış təhlükə ilə bağlı sizi dəstəkləyir”.

Bölgədəki təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-ın müdafiə nazirinə məlumat verdiyini deyən prezident Poroşenko danışıqlar zamanı Donbasa BMT sülhməramlılarının yerləşdirilməsini təklif edib.Bu arada ABŞ Senatının Müdafiə Komitəsinin sədri Con Makkeyn prezident Donald Trampı Ukrayna silahlı qüvvələrini öldürücü silahlarla təmin etməyə çağırıb. Con Makkeyn bildirib ki, Rusiyaya təzyiqlər Minsk sazişinin şərtlərini yerinə yetirənə qədər davam etməlidir:

"Bu həftənin əvvəlində prezident Tramp irəli addım atdı və və sələfinin Əfqanıstandakı uğursuz siyasətini dəyişdi. İndi prezident bunu Ukrayna üçün etməlidir”-Makkeyn özünün saytında belə yazıb."Status-kvo qaldıqca Rusiyanın öz davranışını dəyişməyə səbəb olmayacaq. O halda biz daha çox zorakılıq və ölüm gözləməli olacağıq” -Makkeynin bəyanatında belə qeyd edilib.  Lakin Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert ABŞ-ın Ukraynaya öldürücü silahlar verilməsi barədə qərar çıxartmayıb.Ceyms Məttisin Kiyevə səfərindən sonra silahların verilməsi proqramının öz həllini tapacaı gözlənilir.ABŞ-ın müasir texnologiyalı NATO standartlarına uyğun döyüş vasitələri verməsi təbii ki, ilk növbədə Ukraynanın müqavimət imkanlarını artıracaq.Əgər Krım böhranının başlanılmasından sonra Qərb Ukraynaya əsasən siyasi dəstək verirdisə, artıq bura hərbi yardım da əlavə olunub.Bu baxımdan, rəsmi Kiyevin Donbasda genişmiqyaslı hərbi əməliyyatlara başlanması üçün hərbi imkanlar əldə edib.Ukraynanın dövlət başçısı milli müstəqillik günü ilə bağlı çıxışında Donbasdakı əraziləri işğaldan azad etmək üçün 135 min nəfərlik ordunun döyüşə hazır olduğunu bəyan edib.Xüsusilə də 2019-cu ildə Ukraynada prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, Pyotr Poroşenkonun hərbi əməliyyatlara başlayacağını gözləmək olar.Digər tərəfdən, Rusiya sentyabr ayında Belarusla birlikdə "Qərb-2017” hərbi təlimlərinə başlayacaq.

Həmin təlimlər zamanı 13 min əsgər, yüzlərlə tank və zirehli texnika, döyüş təyyarəsi, helikopter iştirak edəcək.Hətta siyasi ekspertlər Rusiya ordusunun Belarusa daxil olduqdan sonra oranı tərk etməməsi, yəni müttəfiq ölkəni işğal edəcəyini proqnozlaşdırır.Bu da öz növbəsində, ABŞ-ı, Avropa Birlyini və NATO-nu ciddi narahat edir.Rusiyanın hərbi təlimləri Belarusla yanaşı, Ukrayna, Baltikyanı ölkələr və Polşa üçün təhdid yaradır.Rusiya Ukraynanın şərq və şimal-şərq istiqamətində 80 min nəfərlik ordu yerləşdirib.NATO isə Polşa və Baltikyanı ölkələrdə 100 min nəfərlik əsgəri qüvvə, 300-dən artıq "Abrams” tankları yerləşdirib.ABŞ-ın NATO-dakı Avropa komandanlığı Ukraynanın cənubundakı Oçakov limanında hərbi baza inşa edir.Sözügedən hərbi obyekt Rusiyanın Qara dənizdəki əsas strateji məntəqəsi sayılan Sevastopol limanındakı hərbi dəniz donanmasının əsas alternativinə çevriləcək.Artıq şərqi Avropa və Qara dəniz regionunda artan geosiyasi qarşıdurma NATO ilə Rusiya arasında hərbi müstəviyə keçməkdədir.Ona görə də ABŞ Ukraynanın hərbi potensialının gücləndirilməsində maraqlı görünür.Rusiyanın bölgədə müşahidə olunan hərbi fəallığı ilə yanaşı, Ukraynaya Amerika silahlarının verilməsi bölgədə gərginliyin artmasını qaçılmaz edəcək.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları