Yuxarı

Atom bombası üçün son tarix

Atom bombası üçün son tarix

Şimali Koreya yeni raket sınağına hazırlaşır.Bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb.Məlumata görə, artıq Sakit okean tərəfdən yeni raket sınağı keçirilməsi üçün hazırlıqlar başlayıb.Raket avadanlıqları əraziyə əsasən gecə saatlarında daşınır.Sınağın 9 sentyabrda keçirilməsi gözlənilir.Həmin gün Şimali Koreya Respublika gününü qeyd edəcək.Xatırladaq ki, bir neçə gün əvvəl Koreya növbəti sınağını keçirməklə diqqətləri üzərinə cəlb edib və tənqid hədəfi olub.Ekspertlər "dəli oğlan” ləqəbli Kim Çen Inın qərarları və rəsmi Pxenyanın hərəkətlərinə hərbi cavab veriləcəyini istisna etmir.

Artıq ABŞ Cənubi Koreyaya milyardlarla dollar dəyərində silah və hərbi texnika verəcək.Bu barədə Ağ Evin rəsmi saytında məlumat yerləşdirilib.ABŞ lideri Donald Tramp Koreya Respublikasının prezidenti Mun Çje İnlə telefonla Şimali Koreyanın nüvə sınağı məsələsini müzakirə edərkən ağır silahların tədarükünə dair razılaşma əldə edib.Hər iki dövlət başçısı həmçinin, Pxenyana təzyiqləri daha çox artırmaq barədə ortaq fikrə gəliblər.Rəsmi Seul ölkədə raketlərin döyüş başlıqlarının yerləşdirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldıracağına söz verib.

Prezident Donald Tramp vəziyyəti Almaniya kansleri Angela Merkellə də telefon danışığı zamanı müzakirə edib.Hər iki tərəf hidrogen bombasının sınaqdan keçirilməsinin yolverilməz olduğunu və münaqişəyə yol açdığını bəyan edib. Kütləvi qırğın silahının növbəti sınağından sonra prezident Trampın rəhbərliyi ilə ABŞ administrasiyasının fövqəladə yığıncağı keçirilib: "Biz aydın şəkildə bildirmişik ki, özümüzü və müttəfiqlərimiz Yaponiya və Cənubi Koreyanı hər bir hücumdan qorumaq imkanımız var. Ölkələrimizin müttəfiqliyi sarsılmaz olaraq qalır”- ABŞ-ın müdafiə naziri Ceyms Mətts belə deyib. Siyasi ekspertlər isə sentyabrın 9-dan sonra Kim Çen In rejiminə qarşı böyük hərbi əməliyyatların başlanacağını istisna etmir. Hətta bu zərbələr Koreya yarımadasında bəşəriyyət üçün təhlükəyə çevriləcək bir qırğına səbəb ola bilər. Birləşmiş Ştatlar Şimali Koreyanın nüvə obyektlərini və dövlət binalarının vurulmasında atom silahından istifadə olunacağına dair iddiaları təkzib edir. Əldə olunan məlumatlar ABŞ-ın Şimali Koreyaya qarşı aviazərbələr zamanı "Tomokawh” tipli qanadlı raketlərdən, B1 E bombardmançı təyyarələrindən, "Bütün bombaların anası” adlandırılan "GBU-43”-dən istifadə edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, "GBU-43” atom bombasından sonra dünyada ikinci ən ağır silah sayılır.

Lakin analitiklərin əksəriyyəti hesab edir ki, əgər KXDR ABŞ-a və Cənubi Koreyaya qarşı nüvə silahından istifadə etməli olsa, o zaman Şimali Koreyaya atom bombasının atılması qaçılmaz olacaq. "Səbəbindən asılı olmayaraq, düşmən nüvə silahı tətbiq edərsə, o, nüvə hüdudunu keçib və özünü nüvə silahı ilə cavaba düçar edir”- "Ploughshares” fondunun prezidenti Cozef Sirinson ABŞ-ın "The National Interest” nəşrinə açıqlamasında belə deyib. "Amerika hərbi komandanlığı "Bu hava partlayışı idi və biz bundan artıq heç bir cavab verə bilməzdik”-deyə danışmayacaq.Ona sarsıdıcı və böyük əks-nüvə zərbəsi ilə cavab verəcək.Bizim nüvə silahımız, həmçinin nüvə müharibəsi üçün nəzərdə tutulan idarəetmə sisteminin fəaliyyəti sadəcə olaraq, hansısa bir elektromaqnit impulsu ilə partlayaq qədər deyil”.

Vaxtilə Hərbi Hava Qüvvələrinin kəşfiyyatına rəhbərlik etmiş, istefada olan general-leytenant Devid Deptula Sirinsionun fikirlərini bölüşür: "Nüvə silahı nüvə silahıdır. Heç kim onun taktiki olub-olmadığına baxmır. "Taktiki” və "strateji” terminləri məğlubiyyətin dərəcəsi və nəticələri haqqındadır.Burada söhbət təyyarə kimi hansısa əşyadan və silahdan getmir”.Birləşmiş Ştatların döyüş meydanında nüvə silahının tətbiqinə cavab imkanları var. Bu məqsədlə başabəla B61 istilik-nüvə bombası nəzərdə tutulub. Onun dəyişən partlayış gücünü olduğu vəziyyətdən asılı olaraq, 0,3 kilotondan 340 kilotona qədər tənzimləmək mümkündür. Bu bombanı ABŞ-ın əksər qırıcıları, məsələn F-16C və F-15E daşımaya bilir.Bunu zamanında gözəgörünməz F-35 də edə bilər”.

"Mən onu əsas götürürəm ki, Amerikanın nüvə silahına qarşı cavabı nüvə ilə olacaq.Ancaq bu qərarı prezident qəbul etməlidir”-qeyd edilən sözləri "The National Interest”-ə Genişlənməmə Elmi Mərkəzinin baş elmi işçisi Ceyms Martin deyib. "Silahları strateji və ya taktiki olaraq bölmək az əhəmiyyət daşıyır. Avropada yerləşən strateji bombardmançıları ikili təyinata malikdir və bortunda B61 bombasını da daşıya bilir. Bu silahın güclü gülləsi böyük də ola bilər, kiçik də”. 

"Heritage” Fondunun rəhbərlərindən olan Tomas Kallendarın sözlərinə görə, mövcud müdafiə proqramları belə qənaətə gəlməyə əsas verir ki, Birləşmiş Ştatlar Şimali Koreyanın taktiki nüvə zərbəsinə qarşı atom silahı tətbiq edəcək."Maraqlıdır ki, ABŞ hava partlayışına və ya taktiki nüvə zərbəsinə hansı elektromaqnit impulsu ilə cavab verəcək.Çətin ki, onlar strateji nüvə silahı tətbiq edəcək.Hazırda bizdə döyüş meydanı üçün nəzərdə tutulan taktiki nüvə silahı yoxdur.Mənə belə gəlir ki, B61-i tətbiq etmək ABŞ üçün asan olmayacaq.Əgər amerikalı hərbçilər Şimali Koreyanı nüvə vasitələrindən və potensialından məhrum etmək istəsə, bu daha çox inandırıcı olacaq”- Kallendar belə yazıb."Kimin daha çox haqlı olduğunu demək çətindir.Ancaq nüvə silahı müstəsna dağıdıcı gücə malikdir.Ümid edirik ki, ağıllı başlar qalib gələcək və biz bunu heç vaxt öyrənə bilməyəcəyik”-deyə "The National Interest” sonda qeyd edir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları