Yuxarı

Trampdan yeni qadağa

Trampdan yeni qadağa

Prezident Donald Trampın 8 ölkə vətəndaşlarının ABŞ-a girişinə qadağanı əks etdirən bəyanatı yayılıb. Cebhe.info Ağ Evin rəsmi saytına istinadən xəbər verir ki, məhdudiyyətlər  Çad, İran, Liviya, Şimali Koreya, Suriya, Venesuela və Yəmən vətəndaşlarına şamil ediləcək. Prezident və daxili işlər naziri həmçinin o qərara gəliblər ki, Somali ilə bağlı vəziyyət mübahisəli olsa da, o da hələlik məhdudiyyətlər siyahısında qalacaq. 

Trampın bu addımı olduqca radikal kimi dəyərləndirilir. Ağ Evdə belə güman edirlər ki, məhz radikal qərar ölkədə təhlükəsizliyin təmininə mühüm rol oynayacaq. Qeyd edək ki, bundan öncə də prezident bir neçə müsəlman ölkəsinin (Suriya, İran, İraq, Liviya, Somali, Yəmən və Sudan) vətəndaşlarına ölkəyə girişlə bağlı qadağa qoymuşdu. 

Amerikanı təhdid edən ölkələr

Donald Tramp hələ keçən il keçirilmiş prezident seçkilərində iştirak edəcəyi təsdiqlənəndə Qərb dövlətləri və ABŞ-a təhlükə gələn ölkələrin vətəndaşlarına qarşı sərt qaydalar tətbiq edəcəyini açıqlamışdı. Tramp bununla Amerikaya axın edən miqrantların qarşısını kəsəcəyini düşünür. O, xüsusilə terror aktlarında adları hallanan və dünyanın təhlükəsizliyinə təhdid yaradan dövlətlərin üzərində dayanacağını bildirmişdi ki, həmin qaydalar əvvəldən hazırlanmış siyahı üzrə tətbiq edilir. Bununla Tramp hökuməti ABŞ-a gələcəyi gözlənilən 10 milyon miqrantın qabağını kəsəcəyini ehtimal edir. Ağ Ev rəhbəri hesab edir ki, bununla ABŞ-ı terror təhdidindən yayındırmaqla yanaşı, qeyri-sabit və terrorizmin mərkəzi sayılan dövlətlərdən miqrantlarla birlikdə gələn təhdidlərdən sığortalayacaq.

Dövlət Departamentinin hesabatı

ABŞ Dövlət Departamentinin açıqladığı son hesabatlardan birinə görə, hazırda terrorçuların təhlükəsizlikdə olduğu 12 ölkə var. Somali, Liviya, Misir, İraq, Livan, Filippin, İndoneziya, Malayziya, Pakistan və Yəmən bu siyahıya aiddir. Bu ölkələrdən orta hesabla hər il Amerikaya 500 minə yaxın insan vizayla, 74 min nəfər isə qaçqın statusu ilə gəlir.

Departamentin həmin hesabatına görə, beynəlxalq terrorizmi dəstəkləyən 3 ölkə var. Bunlar İran, Sudan və Suriyadır. Bu ölkələrdən hazırda 45 min insan turist, 10 min nəfər isə qaçqın vizası ilə Amerikada yaşayır. Hesabatda qeyd olunur ki, 14 ölkədə isə terror təşkilatlarının mövcudluğu var. Türkiyə, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin, Tunis, Cəzair, Mavritaniya, Niger, Çad, Nigeriya və Kamerun bu siyahıya daxildir. Bu ölkələrdən 2 milyona yaxın insan ayrı-ayrı vizalarda ABŞ-da yaşayır.

Hesabatda terror təşkilatlarının ayrı-ayrı şəbəkələrinin aktiv olduğu və hər an terror aksiyaları ilə üz-üzə qalacaq 11 ölkənin adı var. Böyük Britaniya, Fransa, Belçika, İspaniya, Bosniya - Hersoqovina, Mərakeş, Fildişi Sahilləri, İordaniya, Küveyt, Bəhreyn və Qətər bu siyahıya daxil edilib. Bildirilir ki, hazırda bu ölkələrdə minlərlə terrorçu olmaqda şübhəli bilinən şəxslər yaşayır. Bu ölkələrdən 350 minə yaxın insan ayrı-ayrı vizalarda Amerikada yaşayır. 

Beləliklə, Donald Trampın ABŞ üçün təhlküə kimi gördüyü 40 ölkədən 7 milyondan çox insan ABŞ-da yaşayır və turist kimi gəlir. Trampa görə, qaydaları sərtləşdirməklə 10.2 milyon potensial miqrantın ABŞ-a girişinə mane ola biləcək.

"Müsəlman qadağası”

Siyahıda yer alan ölkələrə qadağa və məhdudiyyətlərin tətbiq edilməsinə əsas səbəb kimi riskli təhlükəsizlik vəziyyəti və ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıq etməmələri göstərilir. Qeyd edək ki, "Müsəlman qadağası” adlanan və beynəlxalq ictimaiyyət tərəfindən sərt reaksiya ilə qarşılnan qadağaların hələ bu ilin yanvar ayında qüvvəyə minmişdi. Qanun layihəsi ayrı-ayrı dünya ölkələrinin hava limanlarında xaosa səbəb olmuşdu.

Tramp hökuməti ABŞ-da məhkəmələr tərəfindən rədd edilən qadağalara dəyişiklik etmək məcburiyyətində qalaraq, qərarı iyun ayında 90 günlük dövriyyəyə buraxmışdı. Lakin yenidən qərarını dəyişən Donald Tramp bununla ABŞ-ı beynəlxlaq terrorizmdən müdafiə edəcəyini deyir: "ABŞ-a girişdə hərbi təhlükəsizlik xətti quraraq Amerika xalqının təhlükəsizliyini təmin etmək üçün bir addım atırıq”.

Mənsur





Həftənin ən çox oxunanları