Yuxarı

Rusiyanın nüvə raketi Azərbaycanın üstündən uçdu

Rusiyanın nüvə raketi Azərbaycanın üstündən uçdu

Rusiya özünün "Topol-M” qitələrarası ballistik raketini sınaqdan keçirib. Müdafiə Nazirliyi bildirib ki, "eksperimental başlıqla” təchiz edilmiş raket Həştərxan vilayətindəki Kapustin-Yar poliqonundan buraxılıb. 

Raket Qazaxıstanın Sarı-Şaqan poliqonundakı hədəfi müəyyən edilmiş dəqiqliklə vurub. Nazirliyin bildirdiyinə görə, raket sınağı ballistik raketlərin perspektiv döyüş təchizatını yoxlamaq üçün keçirilib. Müdafiə Nazirliyi raket sınağının videogörüntüsünü də yayıb.

Raketin uçuşu başlayandan sonra Rusiyanın cənub regionlarının sakinləri səmada "naməlum uçan obyekt” göründüyü haqda sosial şəbəkələrdə bir-birlərini xəbərdar ediblər. Raket Azərbaycan və Ermənistanın da üzərindən keçib.  Bu isə sakinlərdə uçan naməlum obyekt şübhəsi yaradıb. 

Cebhe.info





Həftənin ən çox oxunanları