Yuxarı

Sünnilər də muxtariyyat istəyir

Sünnilər də muxtariyyat istəyir

Şimali İraqda "müstəqil Kürdüstan" referendumundan sonra sünnilər də muxtariyyat tələb edir. Sünnilər yaşadıqları ərazidə regional muxtariyyat tələbilə referendum keçirilməsini planlaşdırır. 

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Naynav əyalətindəki kürd tayfalarının nümayəndəsi Şeyx Müzahim əl-Hvet "BasNews”  agentliyinə müsahibəsində bildirib ki, referendum Naynav, Ənbar, Səlahəddin, Diyal, eləcə də Bağdadın sünnilər çoxluq təşkil edən bölgələrini əhatə edəcək. 

Naynav Əyalət Məclisinin üzvü Qazvan Daudi da sünnilərin yaxın zamanda referendum qərarına gələcəklərini açıqlayıb: "Sünnilər öz rəsmi şəxslərinə, əlaqədar qurumlara, tayfa liderlərinə təzyiq göstərir ki, sünni regionunun yaradılması ilə bağlı iş aparılsın".

Cebhe.info xatırladar ki, 25 sentyabrda Şimali İraqda Kürdüstanın "müstəqilliyi” üçün referendum keçirilib. 

Cebhe.info





Həftənin ən çox oxunanları