Yuxarı

AntiRusiya cəbhəsi genişlənir: KİMLƏR VAR?

AntiRusiya cəbhəsi genişlənir: KİMLƏR VAR?

Rusiya ciddi sanksiya altındadır.Belə ki, Avropanın qapıları Rusiya üçün bağlıdır.Siyasi şərhçilərin fikrincə, Rusiyaya tətbiq olunan sanksiyaların səbəbi Moskvanın qonşularına qarşı ədalətsiz və işğalçı mövqedə dayanmasıdır. Qeyd edək ki, məlum sanksiyaların tətbiqinə Moskvanın Krımı Ukraynadan qoparması, Donetsk və Luqanskda seğaratçılara dəstək göstərməsi, Şimali Osetiya və Abxaziyanı Gürcüstandan məsələləri səbəb olub.

Kanada Rusiya rəsmilərinə sanksiyalar elan edib.Bu ölkə Maqnitski qanununa müvafiq şəkildə 30 rusiyalıya qarşı maliyyə sanksiyaları elan edib. Qeyd edək ki, Kanada Maqnitski qanununu ABŞ-ın eyni adlı qanununa uyğun şəkildə qəbul edib və rusiyalılara qarşı sanksiyalar da ABŞ-ın sanksiyaları ilə demək olar eyniyyət təşkil edir. Kanadanın sanksiyalar siyahısına Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin də adı daxil edilib. Sanksiyalar siyahısında Rusiyanının Daxili İşlər Nazirliyinin və vergi agentliyinin, habelə prezident Maduro başda olmaqla Venesuela rəsmilərinin də nümayəndələrinin də adları var. Rusiya rəsmiləri bundan əvvəl xəbərdarlıq etmişdilər ki, Kanada Maqnitski qanununun əsasında sanksiyalar elan etsə, Moskva buna cavab verəcək. Buna baxmayaraq rəsmi Moskvadan hələki açıqlama olmayıb.Maraqlıdır, daha hansı ölkələr Rusiyaya sanksiya tətbiq edib?

Siyasi məsələlər üzrə şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu proses ABŞ və onun yaxınlığındakı müttəfiqi Kanada ilə əlaqəlidir:

"Rusiyaya sanksiyaların daha da gücləndirilməsi və dərinləşdirilməsi məsələsində ABŞ-la Avropa Birliyi ölkələri arasında müəyyən anlaşılmazlıq, eləcə də razılaşdırılmayan məqamlar var. Bu baxımdan artıq Avropa Birliyi ölkələri Rusiyaya sanksiyalar tətbiq etmək yönündə ABŞ-dan geridə qalır. Bu təkcə Rusiya ilə bağlı məsələ deyil.Eyni zamanda Avropa Birliyi artıq İrana qarşı da müəyyən sanksiyaların təsdiq olunmasında iştirak edir.Nüvə müqaviləsinin pozulması məsələsində də Avropa Birliyi ölkələri ABŞ-a dəstək vermir.Hesab edirəm ki, Kanada bu mənada ABŞ-ın yanında olmağa davam edəcək.Amma bundan sonrakını başqa ölkələrdən gözləmək əbəsdir.Çünki Avropa Birliyi artıq Rusiyaya sanksiyalar tətbiq etmək əvəzinə əksinə, bu ölkə ilə münasibətləri daha da inkişaf etdirməklə bir növ Ukrayna prosesində müəyyən müsbət nəticələrə üstünlük verməkdədir.Ona görə də Avropa Birliyinin bu yöndə daha da dərinə gedəcəyini düşünmürəm.Təbii ki, əgər Ukrayna cəbhəsində böyük bir savaş başlamasa, Avropa Birliyi bu yöndə ABŞ-ı dəstəkləməyəcək.Yəni yeni güclü sanksiyaları tətbiq etməyəcək.Fikrimcə, Kanada və ABŞ çərçivəsində bu sanksiyaların tətbiqolunma prosesi olaraq qalacaq”.

Alçina Amilqızı







Həftənin ən çox oxunanları