Yuxarı

PKK Putindən yardım istədi

PKK Putindən yardım istədi

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin nəzarətində olan Afrinə hərbi əməliyyat hazırlığını başa çatdırmaq üzrədir.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğanın "Hər an əməliyyata başlaya bilərik" açıqlaması  PKK-nı qorxuya salıb. 

Təşkilatın mətbuatına açıqlamasında PKK-lideri Murad Karayılan Rusiya prezidenti Putindən yardım istəyib. Bu hücümun həyata keçməməsi üşün yardım istəyən PKK lideri "Türkiyəni bizdən uzaq tutun",- deyib. 

Rusiya hakimiyyətindən gözləntiləri barədə danışan M.Karayılan "Əgər Türkiyə Afrinə hücum edərsə, bunu Rusiyanın hücumu kimi düşünəcəyik. Putinin bu plana uymayacağını düşünürük. Rusiya hakimiyyətindən gözləntimiz bu yöndədir",- deyə vurğulayıb.

Xəzər





Həftənin ən çox oxunanları