Yuxarı

Tramp müharibənin yerini dəyişdi

Tramp müharibənin yerini dəyişdi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib. "Cümhuriyət” qəzeti xəbər verir ki, bəyannamədə Şərqi Qüds Fələstinin paytaxtı elan edilib. Təşkilat dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırıb. Qeyd olunur ki, ABŞ qeyri-qanunu qərarından imtina etməsə, baş verənlərə görə məsuliyyət bu ölkənin üzərinə düşəcək. Sənədə görə BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.

Yeni müharibə ocağı

ABŞ prezident Donald Trampın məlum qərarı Amerikanın müttəfiqləri tərəfindən də etirazla qarşılandı. Avropa İttifaqı ilə yanaşı, Vatikan da Trampa etiraz etdi. Qərb və ABŞ-a rəqib olan dövlətlərin ümumi qənaəti budur ki, ABŞ yalnışlığa yol verdi və bu, Yaxın Şərdə daha qorxulu nəticələrə gətirib çıxara bilər. Qərarın Suriyada müharibənin başa çatdığı, terror təşkilatlarının neytarllaşdırıldığı vaxta təsadüf etməsi, bölgəni yeni təhlükə qarşısında qoyur. Ekspertlərə görə Suriya və İraqda bitən müharibə Qüdsə dislokasiya oluna bilər. Fələstinin bu qərar qarşısında dəstəklənən əsas tərəf olduğunu nəzərə alsaq, Qüds bir sıra terror təşkilatlarının yerləşmə mərkəzlərindən biri ola bilər. 

"İsrail də bu sənədi ciddiyə almır”

Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İƏT-in İstanbul sammiti gözlənilən nəticəni vermədi. Ekspertin sözlərinə görə gözlənti və arzuolunan o idi ki, müsəlman ölkələri bir araya gəlib ABŞ-ın yanlış, BMT qətnamələrinə zidd olan qərarına qarşı qəti bir addım atacaqlar:

"Amma olmadı. Əvvəla, sammitdə bütün müsəlman ölkələri, ya da ən az təsir imkanı olan ölkələrin hamısı iştirak etməli idilər. Sammitdə Fələstinə və ərəb dünyasına birbaşa təsiri olan Səudiyyə Ərəbistanı və Misir iştirak etmədi. Daha doğrusu, Səudiyyə Ərəbistanı nazir müavini səviyyəsində təmsil olundu. 

Halbuki ən yüksək səviyyədə təmsil olunmalıydı. Misir isə birbaşa Fələstinlə sərhədi olan və təsir imkanı olan ölkədir. Amma onlar qatılmadılar. Tədbirə 57 üzvü olan İƏT-in sadəcə 48 üzv ölkəsi qatıldı, onların da sadəcə 16-sı İstanbulda idi. Yəni, gözlədiyimiz həmrəylik ilk etapda alınmadı. İkincisi, qəbul olunan bəyannamə, faktiki olaraq təsir gücü olmayan bir sənəddir. İƏT bu cür bəyanatları illərdir verir. Qarabağla bağlı da bir neçə bu tip bəyanatları olub. İndiki bəyanat da heç bir təsir mexanizmi olmayan, konkret vəzifə müəyyən etməyən çağırışdır. Müsəlman ölkələri onsuz da Şərqi Qüdsü Fələstinin paytaxtı bilirdilər, sadəcə, bunu reallaşdırmaq mümkün olmurdu. Üstəlik, heç İsrailin özü də bu bəyanatı ciddiyə almadı, çünki bilir ki, ərəblərdən hansısa təzyiq olmayacaq”.

K.Rövşənoğlu hesab edir ki, Türkiyənin və başqa ölkənin də təsir imkanları zəifdir və bu qərara görə ABŞ-la qarşı-qarşıya gəlmək əksər dövlətlərə sərf eləmir:

"Burada bir yol qalıb ki, o da intifada - kütləvi itaətsizlik və müqavimətin başlamasıdır. Əgər bu başlasa, İsrail üçün ciddi başağrısı ola bilər”.

Mənsur






Həftənin ən çox oxunanları