Yuxarı

Avropanın göbəyində islam düşmənçiliyi

Avropanın göbəyində islam düşmənçiliyi

Avropada İslamafobiya davam edir.İsveçin paytaxtı Stokholm şəhərində bir məscidin yerləşdiyi binaya naməlum şəxslər tərəfindən faşist svastikasının təsviri çəkilib.Svastika binanın qapılarına çəkilib.Təsvirlər həmçinin binanın pilləkəninin üzərinə də çəkilib.Qeyd edək ki, bu kimi təxribatlar zaman -zaman təkrarlanıb.Bir müddət əvvəl Fransanın Korsika adasındakı Korta şəhərinin müsəlman ibadətgahında donuz başı və bağırsaqları aşkarlanmışdı. Donuz islam dininə iman gətirənlər üçün haram sayılır və bu növ "sürpriz” müsəlmanlar üçün çox ağır təhqir deməkdir.

Daha sonra Almaniyada türk miqrantların çoxluq təşkil etdiyi Bonn şəhərində fəaliyyət göstərən firmalardan biri müsəlmanlara qarşı təxribatyönümlü bir addım atmışdı.Firma üzərində Türkiyənin İstanbul şəhərinin tarixi yerlərini əks etditən ayaqaltı istehsal edib.Ayaqaltının üstündə tarixi "Sultan Əhməd” məscidinin şəklinin olması müsəlmanları hiddətləndirmişdi.
Ekspertlərin fikrincə,demokratik Avropanın demokratiyası bu cür məsələlərdə anlaşılan deyil. Bu səbəbdən ölkəmizlə qürrələnmək yerinə düşər.Çünki Avropadan fərqli olaraq Azərbaycan tolerant ölkədir və burada multukultural cəmiyyət hökm sürür.

Dini ekspert Tural İrfan "Cümhuriyət” qəzetinə şərhində deyib ki, XXI əsrdə müsəlmanlara, bütövlükdə İslam dünyasına qarşı basqılar var:

"Qərb dünyasında müəyyən qüvvələr İslam dini nəticəsində müsəlmanların qüvvətlənib dünyada müəyyən aparıcı gücə çevrilməsindən ehtiyat edərək, müsəlman ölkələrinə qarşı bir çox təxribatlar həyata keçirirlər. Bəziləri hətta terror təşkilatlarına maliyyə və digər yardımlar göstərərək, İslamı hörmətdən salmaq üçün dünyada radikal, faşist, qaniçən, qantökən təəssürat yaratmaq üçün müsəlmanları ləkələmək amacı güdürlər.Həmin o qeyd olunan məsələlər də həmin o məqsədlərin nəticəsində əmələ gəlmiş məsələlərdir.Azərbaycanda bu cür məsələlər baş vermir.Ona görə ki, ölkəmizdə o cür qüvvələr üçün zəmin yoxdur ki, belə çirkin təxribatları həyata keçirsinlər.Ola bilsin ki, hələ tam maraqlarında deyil.Xüsusən də Azərbaycanda əhalinin tolerantlığı və ayıqlığı, həmçinin, bu məsələlərə nəzarət olunması həmin halların qarşısını alır.Təəssüf ki, bu Avropada və digər yerlərdə müsəlmanları hörmətdən salmaq üçün tez-tez bu cür təxribatalara əl atılır.Bu kimi addımlar müsəlmanları onlara qarşı çevirir.Bunlar xüsusi qüvvələr tərəfindən hazırlanmış məsələlərdir.Hesab etmirəm ki, hər hansı bir xristian və ya hansısa dinin sahibi onu inanaraq eləsin.Bu kimi addımlar ara qarışdırmaq, eləcə də müsəlman dünyasını xristian dünyası ilə üz-üzə qoymaq məqsədi daşıyır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları