Yuxarı

İngilislərin erməni namizədi bəlli oldu

İngilislərin erməni namizədi bəlli oldu

Böyük Britaniyanın mart ayında Ermənistanda keçiriləcək prezident seçkilərində dəstəkləyəcəyi namizədin adı bəlli olub.

Cebhe.info Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, İngiltərə seçkilərdə Armen Sarkisyanı dəstəkləyəcək.

Artıq Böyük Britaniya Lordlar Palatasının üzvü Baronessa Karolayn Koks Ermənistanın hakim Respublika Partiyası tərəfindən namizədliyi irəli sürülmüş, bu ölkənin İngiltərədəki keçmiş səfiri Armen Sarkisyana dəstək mesajını da göndərib. "Ermənistanın Londondakı səfiri Armen Sarkisyanın namizədliyinin irəli sürülməsi bizi sevindirdi. Üç dəfə Ermənistanın səfiri olub. Armen Sarkisyan təcrübəli siyasətçidir”, - deyə o qeyd edib. 

Mənsur Rəğbətoğlu 





Həftənin ən çox oxunanları