Yuxarı

Türkiyə yönünü dəyişir: Seçkidən sonra Qərbə...

Türkiyə yönünü dəyişir: Seçkidən sonra Qərbə...

Suriyada müəyyən məsələlərdə birgə hərəkət etsələr də Türkiyə, İran və Rusiya arasında Bəşər Əsədin hakimiyyətdə qalmasına münasibətdə fikir ayrılığı var. Türkiyə Əsədin devrilməsini tələb etsə də, İran və Rusiya Bəşər diktatorun hakimiyyətdə qalmasında maraqlıdırlar. Qeyd edək ki, Türkiyənin bu ölkələrlə yaxınlığı Qərblə münasibətlərə də kölgə salıb.Hazırda Türkiyənin Qərblə münasibətləri gərgin müstəvidədir.Ekspertlər hesab edir ki, son proseslərdən sonra Türkiyənin Rusiya və İrandan uzaqlaşdığı görünür.

Məlumdur ki, 24 iyunda Türkiyə növbədənkənar prezident və parlament seçkilərinə gedir.Hazırkı məqamda Türkiyə xarici siyasəti daha loyal şəkildə aparmağa üstünlük verəcək.

Çünki seçki ərəfəsində özünə yeni düşmənlər qazanmaq hazırkı iqtidarın ziyanına işləyəcək.Bu baxımdan hesab olunur ki, Türkiyə seçki prosesi bitdikdən sonra xarici siyasətinə yenidən baxacaq.Analitiklərin fikrincə Türkiyə növbəti dönəm üçün Rusiya və İrandan uzaqlaşmaq məcburiyyətindədir.Çünki həm Suriya məsələsində mövqeləri üst-üstə düşmür, həm də bu dövlətlərin tarixə dayanan düşmənçilik münasibətləri var.

Politoloq Nəzakət Məmmədova "Cümhuriyət” qəzetinə şərhində Türkiyənin bu istiqamətdə verəcəyi qərarın Suriya məsələsindən asılı olduğunu deyib. Onun sözlərinə görə, prosesin gedişatı Türkiyənin digər dövlətlərlə münasibətlərini formalaşdıracaq:

"Çox şey Suriyadakı vəziyyətdən asılı olacaqdır. ABŞ və Türkiyə Suriyada razılığa gələ bilsə, Qərb Türkiyənin mənafeyinə zidd addımlardan əl çəksə, Türkiyəni yenidən özünə yaxınlaşdıra bilər.Bu yaxınlarda Avropa Birliyi artıq Türkiyəyə tərəf bir addım atdı.FETÖ-nu terror təşkilatı kimi tanıdı. Bununla bərabər, Lavrov Afrini Suriyaya qaytarmağa çağırdı, Ərdoğan isə cavab verdi ki, Türkiyə nə zaman lazım bilsə, o vaxt da qaytaracaq. Heç kəs Türkiyəyə göstəriş verə bilməz”.

Nəzakət Məmmədova hesab edir ki, Türkiyə-Rusiya-İran ittifaqı müvəqqətidir:

"Çünki bu ölkələr bir-biri ilə eyni bölgədə yerləşən, imperiya keçmişinə malik olan və hazırda regionda böyük dövlət olmağa çalışan, Rusiya isə hətta superdövlət olmaq uğrunda çalışan ölkələrdir. Onlar tarix boyu bir-biri ilə mübarizə aparıblar, bu gün də aralarında böyük ziddiyyətlər var. Suriya məsələsində yaxınlaşıblar, Qərbə qarşı müqaviməti onları birləşdirib.Ancaq Yaxın Şərq məsələsi səngiyəndən sonra onların arasındakı ziddiyyətlər də yenidən dərinləşə bilər”.

Politoloqun fikrincə, Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra hakim partiya daha qəti qərarlar verəcək:

"Seçkilərdən sonra Ərdoğanın gözlənilən inamlı qələbəsi onun özünə əminliyini daha da artıracaq, üstəlik, prezident üsul-idarəçiliyi Ərdoğanın təkbaşına qərarlar verməsini hüququ baxımdan leqallaşdıracaq”.

Vilayət





Həftənin ən çox oxunanları