Sədrəddin
Soltan: "Milliyyətcə kürd olan Sistani Təbrizdə öldürülənləri müdafiə etmədi”
Şiə
müsəlmanlarının iki dini lideri arasında qarşılıqlı ittihamların
getdikcə artması müşahidə
olunur. Xüsusilə də son vaxtlar İraqda yaşayan nüfuzlu şiə
din xadimi Ayətullah Əli Sistani İranın ali lideri Ayətullah
Seyid Əli Xamneyiyə qarşı sərt bəyanatlar səsləndirir. Oktyabr ayından başlayaraq İraqda və sonra İranda
baş verən etiraz aksiyaları
fonunda Ayətullah Əli Sistani İranın
siyasətini və Xamneyini tənqid edən edən fətvalar verir. Bu
şiə aləmində iki liderin nüfuz mübarizəsi kimi də başa düşülə bilər. Eyni
zamanda Əli Sistaninin açıqlamları bu ziddiyyətin
siyasi məzmun daşıdığını göstərir.
Qeyd edək
ki, ayətullah Əli Sistani küçələrdə etirazçı
insanları öldürməyi batil adlandırıb.
Əli Sistani bu istiqamətdə İranın ali lideri Əli Xamneyinin ölkədə
keçirilmiş etiraz mitinqləri zamanı təhlükəsizlik
qüvvələrinə etirazçı xalqı öldürməklə bağlı verdiyi fətvanı da batil və
haram adlandırıb.
Ayətullah
Sistaninin rəsmi nümayəndəsi Əbdülmehdi Kərbəlayi cümə namazı zamanı Əli Sistaninin küçələrdə etiraza çıxmış insanların və müxaliflərin öldürülməsini haram
və batil buyurduğunu, eləcə də
hökumətlərin xalqın tələblərini
yerinə yetirməyə mükəlləf olduğuna dediyini bəyan
edib.
Lakin xalq
etirazları zamanı Əli Xamneyi benzinin qiymətinin
qaldırılmasına etiraz edən
milyonlarla dinc sakini "xuliqan” adlandırmaqla,
təhlükəsizlik qüvvələrinə onları öldürməklə
bağlı göstəriş vermişdi. Hətta onun
nəzarətində olan "Keyhan” qəzeti etirazçıları
edamla təhdid etmiş, eləcə də etiraz edənlərin hamısının kökünü kəsəcəklərini bəyan etmişdi. İraqın
Nəcəf şəhərində yaşayan ayətullah Seyyid Əli Hüseyni Sistani şiə aləmində ən
nüfuzlu mərceyi-təqlid hesab edilir. Hazırda
İranın Ayətullah Əli Xamneyi ilə Əli Hüseyni Sistani arasında heç bir əlaqə yoxdur. Hətta, Sistaninin müəllimi olan
ayətullah Xoyi ilə İranın sabiq dini lideri Ruhullah Xomeyni
arasında da yaxşı münasibət yox idi.
Xoyi Xomeynini İranda "İslam Respublikası” siyasi sistemini təsis etdiyinə görə təbrik etməmişdi. O, həmçinin İran- İraq müharibəsi barədə fikir bildirməmiş, Xomeynidən fərqli olaraq, onu "islamla küfrün müharibəsi” adlandırmamışdı. Onun xələfi, ayətullah Əli Sistani də islam adından öz siyasi məqsədləri üçün istifadə edən və xalqına zülm edən İranı, hətta inqilabın 40 illiyi münasibətilə də təbrik etməmişdi. O, İran vətəndaşlığı olmasına baxmayaraq, 40 il ərzində heç vaxt bu ölkəyə səfər etməyib.
Sistani İran rejiminin və ali dini liderin legitimliyini
qəbul etdirmək üçün yaradılmış "vilayəti
fəqih” nəzəriyyəsini qəbul etmir və bunu bidət, yəni dində sonradan yaradılmış qanun və ya ənənə kimi qəbul edir. Xatırladaq ki, bu yaxınlarda Əli Sistani bəyanat
yayaraq iraqlıların islahatlar üçün başlatdıqları etiraz
aksiyalarını milli mübarizə adlandırmış
və İranın İraqın daxili işlərinə qarışmaq haqqının olmadığını bildirmişdi.
"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan
hesab edir ki, İran və İraq arasında dini-ideoloji məsələlər arasında mübarizə xeyli müddətdir davam edir: "Dünya müsəlman
şiələrin üç dini-ideoloji mərkəzi var. Bunlardan biri İraqın
Nəcəf şəhəridir. Tarixən bütün mənbələrdə əsas mərkəz Nəcəf şəhəri sayılıb. Şiələrin birinci imamı Həzrət
Əlinin məzarı Nəcəf şəhərindədir. Yəni bura
müqəddəs şəhər sayılır. Hətta Məkkəyə
bərabər şəhər sayılır. İkincisi, İranın
Sədrəddin
Soltan bildirdi ki, İranın siyasi, hərbi və
xüsusi xidmət orqanları İraqda oturuşmuş fəaliyyət
göstərir. Ona görə də İranın İraqdan və
digər Yaxın Şərq ölkələrindən çıxması məsələsi gündəmə gəlib. Bütün planlar da buna
yönəlib: "Bu yaxınlarda Fələstində İranyönlü və inqilabçı qüvvələr
arasında qarşıdurmalar baş verdi. Yəni
İran amilinin olduğu yerdə orada ona
alternativ yaradılır. Yəni İranyönlülərin zəiflədilməsi, ya da ölkədən çıxarılması aparılır. İranın hakimiyyətə, dini
sahədə təsir vasitələrinin zəiflədilməsi siyasəti həyata keçirilir”.
Müşfiq
Abdulla