1113 nəfərin öldüyünə dair rəsmi xəbərlər var. Dünyanın narahatlıq içində olduğu bir zamanda virusun yarasa şorbasından yayılmadığı da təsdiqi tapıb. Sosial şəbəkədə yayılan həmin videonun Okeaniya ölkələrinə aid olduğu, 2016-cı ildə çəkildiyi, Çin mətbəxində belə şorbanın olmadığı məlum olub.
Cebhe.info dünya mətbuata istinadən xəbər verir ki, karantində olan bölgələr artmaqdadır. İddialara görə, 9 fevrala qədər karantin vaxtının bitdiyi ildirilsə də, bu vaxt qeyri- müəyyən tarixə qədər uzadılıb. Xəstə olduğu ehtimal olunan bütün vətəndaşlar məcburi şəkildə təyin olunmuş avtomobillərə doldurularaq, qeyri- müəyyən istiqamətlərə aparılır. İndiyədək bir neçə antivirus hazırlanıb, lakin onların aprel ayında heyvanlar üzərində tətbiq ediləcəyi planlaşdırılır.
Çin hökuməti virusun yayılmasının qarşısını almağa çalışır. Artıq bununla bağlı qanun da qəbul olunub. Belə ki, əgər vətəndaş yetkililərdən xəstəliyi ilə bağlı hansısa məlumatları gizlədərsə, barəsində edam və ya ömürlük həbs qərarı veriləcək. Xarici tələbələr onlayn qaydada universitetlərdə təhsilə başlayıb. Buna baxmayaraq, minlərlə təhsil müəssisəsi hələ də qeyri -müəyyən tarixədək qapalı qalacaq. İnsanlara ancaq təyin olunmuş saatlarda, lakin məhdud sayda evdən çıxış icazəsi verilir. Əgər ailədə 5 nəfər varsa, yalnız 1 nəfər təyin olunmuş gün evdən çıxa bilər.
Təhlükəsizlik tədbirləri bununla kifayətlənmir. Üstəlik binanı tərk edən və daha sonra qayıdanların xüsusi həkim nəzarətindən də keçməsi mütləqdir. Qarşı çıxanlar həbs olunur. Karantin bölgələrində ictimai nəqliyyat, hava limanları bağlıdır, şəxsi avtomobildən istifadə qadağandır. Bəzi insanlar artıq bu cür basqılardan sıxıldıqlarını və psixoloji olaraq sarsıntı keçirdiklərini də bildiriblər. Bəzi əyalətlərdə karantin vəziyyətinə dözə bilməyənlər arasında özlərini binadan ataraq intihar edənlərin olduğu deyilir. Çin hökuməti bu barədə yazılanlara rəsmən cavab verməyib.
Qeyd edək ki, Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə 124 nəfərin koronavirusa yoluxması təsdiqlənib.
Fuad Sadıqov