Yuxarı

20 Yanvar: Qanlı Bakı gecəsinin NADİR FOTOLARI

20 Yanvar: Qanlı Bakı gecəsinin NADİR FOTOLARI

20 Yanvar: Qanlı Bakı gecəsinin NADİR FOTOLARI


"20 Yanvar" metrostansiyasında qanlı yanvarın 30 illiyinə həsr olunmuş sərgi keçirilir. 

Cebhe.info xəbər verir sərgidə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) nadir fotoları yer alıb. Tədbirə "Bakı Netropoliteni" QSC-nin sədrinin müavini, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin sədri, həmçinin 20 yanvar gecəsi səhərədək iş başında xidmət göstərmiş işçilərdən 3 maşinist və veteranlar, yaralanmış işçi, o dövrün ən məşhur fotosunun qəhrəmanı, şəhid metro işçisi Əflatun Kazımovun hazırda metroda işləyən oğlu, fotoları çəkmiş müəlliflər də  qatılıb. 

Qeyd edək ki, Bakı Metropolitenində "20 Yanvar” hadisəsi ilə bağlı ilk dəfə olaraq belə bir miqyasda sərgi təşkil edilir.

Xatırladaq ki, sərgi 4 gün davam edəcək.

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları