Yuxarı

Almas İldırıma hörmətsizlik: quş yuvasına çevrilən heykəl, zibillərə məkan fəvvarə- FOTO

Almas İldırıma hörmətsizlik: quş yuvasına çevrilən heykəl, zibillərə məkan fəvvarə- FOTO

IMG_7191Daim vətən həsrəti ilə yaşayıb-yaradan Almas İldırıma qarşı vətənində diqqətsizlik hökm sürür. Cebhe.info xəbər verir ki, Şüvəlan qəsəbəsində şairin adını daşıyan küçədə yerləşən park və heykəli bərbad vəziyyətdədir. Parkdakı fəvvarə zibilxanaya çevirilib, şairin heykəli göyərçinlərin məkanı olduğundan natəmizlik içindədir. Parkın əraziində çox sayda ticarət obyektlər və çayxanalar fəaliyyət göstərir.

IMG_7188Xəzər rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin müdiri Gülbala Qurbanov məsələ ilə əlaqədar Cebhe.info-nun sorğusuna cavabında vəziyyətdən xəbərsiz kimi danışıb. Onun sözlərinə görə, parkın ərazisinə gündəlik olaraq nəzarət edilir.

IMG_7189Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri Rauf Aslanov isə görkəmli şairə qarşı etinasızlığa görə təəssüfləndiyini bildirib. Həmçinin qeyd edib ki, məsələ ilə bağlı AYB tərəfindən ciddi araşdırma aparılacaq və fakt öz təsdiqini taparsa, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılacaq.

Xatırladaq ki, görkəmli mühacir şair, əsl adı İldırım Almaszadə olan Almas İldırım  1907-ci il 25 martda Bakının Qala qəsəbəsində imkanlı tacir ailəsində anadan olub. Sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirləri nəticəsində Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakultəsindən xaric edilib. 1928-ci ildə şeirlərində bəzi millətçi ismarıclarına görə Dağıstana sürgün olunub. 1930-cu ildə Bakıya geri qayıdan Almas İldırım "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirib,  lakin kitab senzuradan keçməyib və  Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olub. Bu dəfə o, Türkmənistana sürgünə göndərilib. Azərbaycandan Aşqabada agent  göndərildikdən sonra Türkmənistanda yaşamaq təhlükəli olduğundan o, 1933-cü ildə yenicə ailə qurduğu Zivər xanımla qaçaq dəvə karvanlarına qoşularaq İrana yol alır. Almas İldırım İranda da yaşaya bilmədiyindən Türkiyəyə gedib. 1934-cü ildə Türkiyə hökuməti tərəfindən Almas İldırım vətəndaşlığa qəbul edilib. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən şair Türkiyənin  Malatya şəhərində  dəfn olunub.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları