Bakı növbəti qışa hazırlaşır. Qışın gəlişi ilə
hər kəsin ən çox eşitdiyi, oxudugu cümlələrdən biri də "Bakıya qış yaraşmır” olur. Səbəb sadədir. Yollarda
hərəkətin çətinliyi, nəqliyyatın intnesivliyindəki
problemlər, qaz, su, işıq təminatındakı fasilələr...
Və təbii ki, qışa hazırlığa hələ yaydan
başladığını bəyan edən qurumların fəaliyyəti
ilə bağlı iradlar...
Cebhe.info-nun
müsahibi Bakı Şəhər
Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və
Texniki Təmizlik İdarəsinin rəisi
Mübariz Hüseynov isə əmin edir ki, bu il Bakıda
qışda ən azı küçələrin
qardan təmizlənməsi ilə bağlı problem yaranmayacaq.
Mübariz Hüseynovla söhbətə qışa
hazırlığın gedişi ilə başladıq.
-2019-2020-ci
ilin payış-qış mövsümünə hazırlıqla bağlı sentyabr ayında
Bakı Şəhər İcra Hakimiyyətində
müşavirə keçirilib. Hörmətli başçımız Eldar Əzizov qışa hazırlıqla bağlı
sərəncam verib və biz də bununla bağlı üzərimizə
düşən işi layiqincə yerinə yetirməyə çalışırıq.
İdarənin balansında 50-yə
yaxın qış texnikası var, həmin gündən
o texnikalarda təmir işləri başlayıb, texniki xidmət aparılıb, sazlanaraq start vəziyyətinə gətirilib və start
vəziyyətində düzülüb. Bundan əlavə, hər il təxminən 3 min ton civarında xam duz alırdıqsa, bu il sərt qış
olacağını gözləyirik, buna görə də 5 min tona yaxın duz alıb anbarlara yığmışıq. İdarəmizin işi
çox operativ və mütəşəkkil qurulub. Belə
ki, payızdan başlayaraq 24 saatlıq iş rejiminə
keçiriik. İşçilər növbəlilik əsasında 24 saat işləyir. BŞİH-də qərargah yaradılıb, bizim də öz tərəfimizdən rayonlar üzrə təhkimçilərimiz
var və onlar mütəmadi olaraq qərargahla əlaqə saxlayırlar.
Bakının infrostrukturu elədir ki, eniş və yoxuşlar çoxdur. Ən
çox işçilər və texnika həmin yollarda fəaliyyət göstərir. Hava proqnozu
veriləndə ki, bu gün və ya sabahdan qar gözlənilir, maşınlar gecədən duzla
yüklənərək 12 yerdə ərazilərə göndərilir. Gecədən başlayaraq yolda duzlama işləri
aparırıq ki, səhər sakinləər də, nəqliyyata
da problem olmasın, hərəkət
intesivliyi pozulmasın. Küçələrin,
səkilərin duzlanması birbaşa bizim tərəfimizdən
aparılır. Bundan başqa, BŞİH tərəfindən
bütün ərazilər işçilər üzrə bölünür. Bu işə təkcə biz yox, BŞİH-nin digər
strukturları da cəlb olunur.
-Amma
nədənsə hər il qar yağanda Bakıda problem olur.
Əsas, mərkəzi küçələrdə olmasa da, ətraf ərazilərdə problem
özünü göstərir. Siz özünüz həmin zamanlar şəhərə çıxırsınızmı,
problemləri harada görürsünüz?
-Bizim öz
öhdəmizə düşən əsas yollar var.
-Bu yollar
hansıdır?
-Bakının
bütün böyük küçə və prospektləri bizim sərəncamımızdadır , eyni zamanda bəzi küçələrə"Azəravtoyol” xidmət
edir. Bu ilə qədər yəqin ki, bizim də problemlərimiz olub, amma bu ildən BŞİH
rəhbərliyi tərəfindən qarşıya elə tələblər qoyulub ki, təkcə biz yox, Mənzil
Kommunal Təsərrüfatlar Birliyi, Yaşıllaşdırma İdarəsi, meriyanın tableliyindəki bütün idarə və qurumlar bu işə
cəlb edilib. Ümid edirəm ki, bu qış Bakıya qar yağsa belə,
heç bir problem yaşanmayacaq.
-Əvvəlki
illər qarşınıza belə tələblər qoyulmurdu?
-Bu il cənab
başçı daha məsuliyyətli yanaşmanı qarşımıza tələb qoyub.
-Sentyabr
müşavirəsində Eldar Əzizov dedi ki, sərt qış
gözləyirik, hətta mobil telefonlar işləməyə bilər, hər kəs
yerində olsun. Bu, bir növ xəbərdarlıq idi...
-Bəli,
cənab başçı çox ciddi tapşırıq verib, biz də çalışırıq
ki, sərəncamdan irəli gələn vəzifəmizi layiqincə yerinə
yetirək.
-Qeyd
etdiniz ki, ötən il 3 min ton, bu il isə 5 min tona yaxın xam
duz alınıb. Bu tədbirləri hansısa
proqnozlara əsasən, artırırsınız, yoxsa öz təşəbbüsünüz
olur?
-Adətən,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Proqnozlar
Bürosunun proqnozları olur. Bundan başqa, qışın sərt
keçəcəyinə dair müxtəlif xəbərlər yayılır, yəqin ki, siz də oxuyur, yayırsınız.
Buna görə də işimizi bəribaşdan ehtiyatlı tutmuşuq ki, problem
yaşamayaq.
-Əvvəl
yollara texniki duzla bərabər qum da tökülürdü. Amma,deyəsən, artıq qumdan imtina olunub.
-Əvvəl
duz-qum qarışığı tökülürdü. Qar əridikdən
sonra qum şəhərin çirklənməsinə səbəb olurdu. Həmin qum yığnaqları şəhərin zibillənməsinə gətirib çıxarırdı, artıq 5 ildən çoxdur ki, qum səpilmir, texniki
duzdan istifadə olunur.
-5 min ton
duz almısınız. Bu, kifayət qədər
böyük rəqəmdir. Artıq qalan duzun gələn il üçün
istifadəsi mümkün olurmu?
-Duzun zamanı yoxdur. Ancaq duzun da öz kimyəvi tərkibi
var, bu ildən gələn ilə qalanda azalır, yəni
əriyir. O əriyən hissə qədər əlavə duz alırıq.
Bu duz yodlaşdırılmamış duzdur, "Azərsun” şirkətinin Masazırdakı Duz İstehsal İdarəsi tərəfindən təmin olunuruq.
-Kənarda
baxanda sizin idarə sanki mövsümü idarə təsiri başlayır. İlin qalan
zamanlarında nə edirsiniz?
-Bizim
idarənin, yəni Sanitariya və Texniki Təmizlik İdarəsinin
120-yə yaxın əməkdaşı var. Strukturumuza Yol Qəza Xidməti, Sahibsiz Heyvanlara Qayğı Mərkəzi, Dövlət Bayraqlarına
Xidmət Mərkəzi daxildir.
Qışda, əsasən, yollardakı qarı
təmizləməklə, digər vaxtlar isə şəhərin texniki təmizliyi ilə məşğuluq.
İdarəmizin nəzdində Sahibsiz Heyvanlara Qayğı Mərkəzi
fəaliyyət göstərir. Sahibsiz heyvanlarla bağlı
şikayətlərə uyğun tədbir
görür, küçədəki sahibsiz heyvanları xüsusi avadanlıqlarla
tutur, "Toplan” Qayğı Mərkəzinə gətiririk. Ötən ildən BŞİH ilə Heydər Əliyev
Fondunun birgə layihəsi əsasında "Toplan” Qayğı Mərkəzi yenidən tikilib. Ən müasir laborator avadanlıqlarla təchiz edilib, ən savadlı həkimlər
işə cəlb olunub. İtlər ora
gətirildikdən sonra onların üzərində
əməliyyat aparılır, qısırlaşdırılır, peyvənd olunur,
quduzluğa qarşı dərmanlanaraq "birka” taxılır. Bundan sonra onlar şəhər və şəhərətrafı ərazilərə buraxılır.
Bundan başqa bizim idarə dünya dövlətlərinin bayraqlarına xidmət edir. Bizim anbarda ölkələrin bayraqları saxlanılır.
-Nə
üçün?
-50-dən çox
ölkənin bayrağı bizim anbarlarda saxlanılır. Dünya ölkələrinin
prezidentləri ölkəmizə gəldikdə, şəhərin bayraqlarla bəzədilməsi də bizim
tərəfimizdən həyata keçirilir.
-Bayraqları də özünüz tikirsiniz?
-Xeyr.
Prezident Aparatının Protokol şöbəsindən alırıq. Bayraqlar anbarlarda xüsusi qablarda saxlanılır ki, çirklənməsin,
əzilməsin.
-Şəhərə
texniki xidmət də göstərirsiniz. Bura nə daxildir, məsələn heykəllərin yuyulması?
-Heykəllərin
yuyulması birbaşa Mənzil Kommunal Təsərrüfatları Birlikləri tərəfindən aparılır.
Bu gün Bakıda kortəbii tikintilər var. Əgər tikinti zamanı çirklənmə olarsa, texniki tullantılar
ortaya çıxarsa, bizim idarə tərəfindən toplanır.Əminəm ki, bu il qış
mövsümündə Bakıda sakinlərin,
nəqliyyatın intensiv, təhlükəsiz
hərəkətinin təmini sahəsində heç bir problem qeydə alınmayacaq.
Əvvəldən də qeyd etdiyim kimi, artıq texnikalar start vəziyyətindədir.
Elnarə
Kərimova