Yuxarı

Həyəcan təbili: “Qadağan edilməlidir”

Həyəcan təbili: “Qadağan edilməlidir”

derman Dünəndən başlayaraq sosial şəbəkədə, eləcə də WhatsApp vasitəsilə “Təcili! Hamı paylaşsın! 3-12 yaşlı 12 uşaq qəflətən keçinib” məzmunda mesajlar yayılıb. Xəbərdə göstərilir ki, uşaqlar dərman preparatlarından baş verən allergiya nəticəsində dünyasını dəyişiblər. Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq mümkün olmayıb. Xəbərdə bildirilir ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib və təhlükəli saxta məhsul hesab olunur. Səhiyyə Nazirliyi mətbuata açıqlamasında ictimaiyyətdə təşviş doğuran bu xəbərlərin əsassız olduğunu bildirib. Ekspertlər isə valideynlərə daha diqqətli olmaları ilə bağlı  xəbərdarlıq edirlər. Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı Cebhe.info-ya deyib ki, dərman vasitələrinin təyinatı yalnız həkim resepti əsasında aparılmalıdır: “Azərbaycanda istənilən dərman növünü aptek şəbəkəsindən almaq mümkündür. Həkim resepti olmadan apteklərdən dərman preparatlarının xəstəyə verilməsi qadağan edilməlidir. Təbabətdə özfəaliyyət çox təhlükəlidir. Dərman bazarında ürəkaçıçı olmayan bir vəziyyət hökm sürür. Dərmanlar nə qədər standartlara uyğun hazırlanır, onun tərkibində əsas təsir elementi nə qədərdir, dərman əlavəsi necədir və bu kimi məsələlər sual doğurur. Bəzən dərmanların tərkibində dozadan artıq maddələr olur. Bəzən də sadəcə həblərə dərman əlavələri, dad, rəng qatılır ki, bu da insan orqanizmi üçün təhlükəlidir”. Ekspert deyir ki, bəzi dərman preparatları xəstəxana şəraitində qəbul olunmalıdır: “Elə dərmanlar da var ki, Ümumdünya Səhiyyə Təşkilatı onları qadağan edib. Ölkəmizə idxal olunan bütün dərmanlar qeydiyyatdan keçməlidir. Çünki qeydiyyat o dərmanlar üçün məsuliyyətdir”. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda uşaqların ölümündə şübhəli bilinən dərmanların siyahısı da verilib: “Amoksiçilin” (AMOKSİÜİLLİN) həb, “Ubuprofen” sirop, “Alhlofenak” “SUMAMED”, “İNQALİPT”, “ANTİSEPT”, “İNFLÖÜİD”, “DETSKİY PANADOL”, “SANASOL”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları