Yuxarı

Nazirlik həkimləri "təmizə çıxarır”

Nazirlik həkimləri

Səfayə Əhmədova: "Araşdırdıqda, bəlli olur ki, xəstənin müəyyən problemi varmış”

Noyabrın 30-da Grand Hospitalda 20 yaşlı Ayşən Mirzəyeva göz damarlarından əməliyyat olunub.Dekabrın 5-də isə xəstənin dünyasını dəyişməsi haqda məlumat yayılıb.Bu gün isə Şamaxı rayon xəstəxanasında əməliyyatdan sonra ölüm hadisəsi baş verib. 1968-ci il təvəllüdlü Şamaxı rayon sakini Qönçə Faiq qızı Hüseynova öd kisəsində kəskin ağrılarla Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə müraciət edib. Əməliyyat olunan xəstə palataya yerləşdirilib, axşam saatlarında qadının halı pisləşib.Vəziyyəti ağırlaşan Qönçə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Göründüyü kimi son bir həftədə səhiyyədə ikinci ölüm halı qeydə alınır.Düzdür, hələlik ki, baş verən hadisələrlə əlaqədar olaraq istintaq yekunlaşmayıb.Səhiyyəmizdə bu vaxtadək də bir çox ölüm halları qeydə alınıb.Maraqlıdır, aparılan araşdırmalar zamanı həkimin nöqsanı aşkarlandığı halda, Səhiyyə Nazirliyi tərəfindən həmin şəxsə qarşı hansı tədbirlər görülüb?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova suallarımızı cavablandırıb.

- Maraqlıdır, belə həkimlərə qarşı hansı addımlar atılır?
- İstənilən halda baş verən bu cür hadisələrdə həkimləri günahlandırırıq.İnsan orqanizmi çox mürəkkəbdir.Araşdırdıqda, bəlli olur ki, şəxsin müəyyən problemi varmış.Həqiqətən də həkimin səhvi dəqiqləşdirilərsə, müəyyən tədbirlər görülər.Səhiyyə Nazirliyi hüquq-mühafizə orqanı deyil ki, həkimin əlini qandallasın.Gücümüz həkimi şiddətli töhmət etmək, işdən uzaqlaşdırmağa çatır.İş prokurorluğa verildikdən sonra araşdırılır.

- Maraqlıdır, bu vaxtadək nə qədər belə hadisə baş verib, neçə həkim işdən uzaqlaşdırılıb?
- Bu rəqəmi açıqlamaq üçün müəyyən statistikanı araşdırmalıyıq. 
- Deyirsiz ki, insan orqanizmi mürəkkəbdir. Yəni, bəzən gözlənilməyən hadisələr də baş verə bilər.Maraqlıdır, axı xəstə əməliyyatdan öncə müxtəlif analizlər verərək müayinə olunub.Belə halda necə ölüm hadisəsi qeydə alına bilər?Bu həkim məsuliyyətsizliyi deyilmi?
- Bir də görürsən MRT-yə gedirsən, az qala adam... İnsan orqanizmi hər dəqiqə bir cür ola bilər. Bu heç də o demək deyil ki, həkim səhv etməyib.Olub, əlbəttə.Sadəcə olaraq həkimin səhvi bağışlanılmazdır.
- Ölüm faktı varsa, lakin həkimin səhvi olmadığı aşkarlanırsa, belə halda, o işini davam etdirə bilərmi?
- Həkim insana həyat bəxş etdiyi kimi,... insandır da... Həkim xəstənin yaxınlarına heç bir ümidin omadığını desə də, yaxınları xahiş edir, dil tökür.Həkim də əməliyyat edir ki, bəlkə alınar.
- Maraqlıdır ki, bu cür hadisələrin neçə faizi həkimlərin məsuliyyətsizliyi, səriştəsizliyi ucbatından baş verir.
- Araşdırmalardan sonra məlum olub ki, bu cür hadisələrdə həkim məsuliyyətsizliyinin payı çox azdır. Bəzən həkimlər detalları açıqlamır. O qədər müxtəlif səbəblər var ki. Bu məsələlər hadisəyə aydınlıq gətirəcək səviyyədə deyil.
- Həkim məsuliyyətsizliyinin bu kimi hadisələrdə çəkisi azdırsa, maraqlıdır, başqa hansı hallar, detallar, ölümə səbəb olur?
-  Səbəblər müxtəlifdir. Həkim günahını üzə çıxartmaq istəyirsizsə, çıxardın.Sadəcə, insanlara məsləhət görürük ki, vaxtında müayinələrdən keçsinlər.

Nigar






Həftənin ən çox oxunanları