Yuxarı

Qonşuların xəstəliyi Azərbaycana təhlükə yaradır: Baş infeksionistdən əhaliyə çağırış: "Qripin adını tutmasınlar”

Qonşuların xəstəliyi Azərbaycana təhlükə yaradır: Baş infeksionistdən əhaliyə çağırış:

Qonşuların xəstəliyi Azərbaycana təhlükə yaradır: Baş infeksionistdən əhaliyə çağırış:

İranda qrip epidemiyasından ölənlərin sayı 110 nəfərə çatıb. 

İran Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklər Şöbəsinin rəhbəri Hüseyin İrfaniyan son bir həftə ərzində ölkədə qrip epidemiyasından 4 nəfərin öldüyünü açıqlayıb. Ümumilikdə isə sentyabrdan indiyə kimi İranda qrip epidemiyasından həyatını itirənlərin sayı 110 nəfər olub. Bildirilir ki, Gülüstan, Mazandaran, Kirman, Ahvaz və digər əyalətində H1N1 virusu (donuz qripi) müşahidə olunur. Məlumat üçün bildirək ki, Gürcüstanda  da "donuz qripi" adlandırılan H1N1 virisundan iki nəfər ölüb. 

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, ölümə məhz H1N1 virusunun səbəb olması laborator yoxlamalarla təsdiq olunub. Mərkəz rəhbəri qeyd edib ki, hazırda ölkədə A və B tipli qrip virusu yayılıb. 

O qeyd edib ki, qripə yoluxma halları illik müqayisədə azdır. Sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb edir. Bu baxımdan, profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini gündəmə gətirir. 

Belə bir şəraitdə Azərbaycan qripdən necə qorunur? 

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Cebhe.info-ya açıqlamasında Azərbaycanda qrip epidemiyasının olmadığını deyib:

"Azərbaycanda qrip epidemiyası yoxdur. Mövsümü soyuqdəymə tarix boyu olub və həmişə də olacaq. Əhali özünü qorumalıdır. Xəstələnmə nədir? İlin soyuq fəsillərində insanlar özlərini qorumalıdır, isti geyinməli, xəstə insanlarla təmasda olmamalıdırlar. Bundan başqa bunun heç bir çarəsi yoxdur. Azərbaycanda da şükür olsun ki, sakitlik və sabitlikdir. Heç bir təhlükə yoxdur. Bütün dünyada qrip epidemiyası var. Hər il dünyada milyonlarla insan qripdən ölür. Bu, o deməkdir ki, təlaşa düşməliyik? İlin bütün fəsillərində qripə tutulma mümkündür. Ekvatorun yanında yerləşən ölkələrdə yayda da qripdən xəstələnənlər olur. Bu, adi respirator xəstəlikdir. Qripin adını tutmasınlar”. 

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları