Yuxarı

AXCP-nin “Təkliflər Paketi”nə parlamentdə baxılacaq

AXCP-nin “Təkliflər Paketi”nə parlamentdə baxılacaq

milli-meclisAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hökumətə və parlamentə təqdim etdiyi 3 hissəli “Anti-böhran Təkliflər Paketi”nə parlamentdə baxılacaq. Cebhe.info xəbər verir ki, bu barədə AXCP-yə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsindən göndərilən rəsmi məktubda bildirilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə AXCP-nin yanvarın 23-də təqdim etdiyi 3 hissəli “Anti-böhran Təkliflər Paketi”nə baxılması barədə müraciətinə cavab məktubu göndərib. Məktubda deyilir:

 “Azərbaycan Xalq Cəbhəsi Partiyasına – cənab Razi Nurullayevə!

Sizin 23 yanvar 2016-cı il tarixində Milli Məclisə ünvanladığınız məktubunuz və ona əlavə edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) anti-böhran təklifləri baxılmaq üçün qəbul edilmişdir”.

Qeyd edək ki, AXCP-nin ölkədəki ağır iqtisadi durumdan çıxış yollarını əhatə edə “Təkliflər Paketi” turizmin, ağır və yüngül sənayenin inkişafını, siyasi islahatların keçirilməsini çəkilməsini əks etdirir.





Həftənin ən çox oxunanları