Qaraçuxur qəsəbəsində bir qrup insanın içməli sudan zəhərlənərək Musa Nağıyev adına 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilməsi barədə məlumatlar yayılıb. Cebhe.info əməkdaşı onların səhhəti ilə maraqalanmaq üçün həmin xəstəxanada olub. Lakin qəbul şöbəsinin əməkdaşları xəstəxanaya yerləşdirilən Qaraçuxur sakinləri barədə məlumat verməkdən imtina ediblər. Maraqlıdır ki, tibb bacılarının sözləri bir-birinə uyğun gəlməyib. Belə ki, onlardan bir qrupu zəhərlənənlərin xəstəxanaya yerləşdirildiyini bildirsə də, digər qrup bunu təkzib edib. Daha sonra isə mətbuat namayəndələrinə məlumat vermək səlahiyyətlərinin olmadığını bildirərək, dəqiq informasiyanı ancaq baş həkimindən almağı məsləhət görüblər. Baş həkimin qəbul otağından da dəqiq informasiya əldə etmək mümkün olmayıb. Bununla belə daxili telefonla aparılan danışıqlar zamanı 4 nəfərin xəstəxanaya gətirildiyini öyrənmək mümkün olub. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilib. Ancaq baş həkimin özünü təqdim etməyən köməkçisi telefon danışıqlarına baxmayaraq, Qaraçuxurda zəhərlənmə ilə bağlı xəstəxanaya müraciətin olduğunu qətiyyətlə inkar edib. Xatırladaq ki, sudan kütləvi zəhərlənmə Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında qeydə alınıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirı Ziyəddin Kazımovun sözlərinə görə, həmin ünvanında yaşayan bir necə nəfər mədə-bağırsaq pozuntusu ilə müalicə-profilaktika müəssisələrinə müraciət edib: “Aparılan araşdırmalar nəticəsində məlum olub ki, içməli suda normadan kənara çıxma halları olduğuna görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, “Azərsu” tərəfindən lokal ərazidə sağlamlaşdırma tədbirləri həyata keçirilib. Hazırda təkrar götürülmüş su nümunələrində göstəricilər norma daxilindədir. Qospitalizasiya olunmuş xəstələrin hazırda heç bir şikayətləri yoxdur”. Rövşən Əsədov İlham Rəsulzadə
- Ana səhifə
- Səhiyyə
- Xəstəxana sudan zəhərlənənləri mətbuatdan gizlədir?
Xəstəxana sudan zəhərlənənləri mətbuatdan gizlədir?
Bu bölmədən digər xəbərlər
- Şübhəli ölümlər iddiası professorla baş infeksionisti üz-üzə gətirdi: BİZİM BAXIŞ Tarix 1 Fevral, 02:36
- Qonşuların xəstəliyi Azərbaycana təhlükə yaradır: Baş infeksionistdən əhaliyə çağırış: "Qripin adını tutmasınlar” Tarix 31 Dekabr, 00:45
- Azərbaycanda xəstəlik yayan GMO məhsullar Tarix 14 Fevral, 22:54
- Builki qrip daha ağır keçir Tarix 30 Yanvar, 11:10
- Ölkədə müəmmalı xəstəlik tüğyan edir Tarix 17 Yanvar, 10:54
- Gündə 200 ml için: 16 növ xərçəngin düşməni Tarix 21 Dekabr, 22:38
- Nazirlik həkimləri "təmizə çıxarır” Tarix 9 Dekabr, 19:47
- Səhiyyədə kütləvi ixtisarlar başlayır Tarix 3 Dekabr, 09:13
- AXCP Vahid Qərar Şurasının ictimai müzakirəsini keçirib Tarix 30 Aprel, 20:08
- AXCP-nin “Təkliflər Paketi”nə parlamentdə baxılacaq Tarix 19 Fevral, 13:35
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi