Yuxarı

Genefondu dağıdan “McDonalds”

Genefondu dağıdan “McDonalds”

Günümüzün reallıqlarından biri də insanların getdikcə natural qidalanmadan uzaqlaşaraq süni, kimyəvi, bəzən də mənşəyi bilinməyən tərkiblərdə qidalarla qidalanmasıdır. Hər gün artan xəstəliklər, dünyanı cənginə alan yoluxucu xəstəliklərin bir səbəbi də elə budur. İnsanlar nəyi, necə və harda yeyəcəklərini bilmirlər. Əgər bilsəydilər, yer üzünə xəstəlik yaymaq bahasına Amerika büdcəsini zənginləşdirən “McDonalds”lara bu qədər təlabat olmazdı... Amerika büdcəsi dolsun deyə insanları zəhərləyirlər Mc donalds “McDonalds”a hər yerdə rast gəlmək olar, küçədə, əyləncə mərkəzində, gəmidə, təyyarədə, bir çox Avropa ölkəsində hətta məktəbdə belə bu məhsullar satılır. 1970-ci ildə “McDonalds” Amerikaya ildə 6 milyard dollar xeyir gətirirdisə 2001-ci ildə bu rəqəm 110 milyard dollara çatdı. Bu məbləğ ölkənin satdığı texnikadan, avtomobillərdən əldə etdiyi gəlirdən daha çoxdur. Dövrümüzün insanlarının “McDonads” hərisliyini nəzərə alsaq, indiki rəqəmin daha böyük olduğunu təxmin etmək olar. Kiçik maaşa böyük işçi qüvvəsini istismar edən “McDonads” daha çox miqrantları işə götürür – işçi haqlarını tələb edə bilməyib verilən qəpik-quruşa razı olsun deyə... “McDonalds” işçilərinin demək olar ki, hamısı 20 yaşadək olan gənclərdir. İşçilərin əksəriyyəti ingilis dilini bilmir, sadəcə menyunu əzbərləyərək müştəriyə yeməklərin adını deməyi öyrənir. “McDonalds” menecerləri xüsusi ruh yüksəldici proqramların tətbiqi ilə cüzi maaşa işlətdikləri miqrantlarda iş həvəsi yaradır. Yer kürəsinin, demək olar ki, hər yanına yayılan bu biznes Amerikanın büdcəsini artırmaqla yanaşı, həm də dünya xalqlarını daha çox xəstəliyə yoluxdurmaq missiyası daşıyır. “McDonalds”ın bütün qidaları birmənalı olaraq zərərlidir, istər təhlükəli maddələrdən ibarət yağda qızardılmış GMO-lu kartof-fri, istər siçan geni vurulmuş tərəvəz və göyərtilər, istər kişilik potensialını məhv edən içkilər insan orqanizminin ən böyük düşməni olmaqla yanaşı Amerika büdcəsinin ən yaxın dostlarıdır.   “Tez-bazar” qidalanma ölüm gətirir Dünya ölkələrində məhz bu geni dəyişdirilmiş qidalar sayəsində milyonlarla insan xəstəliyə tutulur, dolayısı ilə dərman biznesi çiçəklənir, dərman bazarında xüsusi çəkiyə malik olan Amerika isə qazanır. “McDonalds”ın yeməklərinin sonsuzluq, piylənmə, allergik xəstəliklər yayması məsələsi bütün dünya ölkələrinin mətbuatında olduqca çox yazılan və müzakirə edilən mövzudur. Qeyd edək ki, “tez-bazar” hazırlanan qidaların tərkibindəki kimyəvi və fiziki dəyişikliyə uğramış qarışıq maddələr bədənin müqavimətini zəiflədir. Bir neçə ay əvvəl alman mütəxəssislərin apardığı araşdırmada müxtəlif həyat tərzi yaşayan 99 kişi iştirak etdi. Məlum oldu ki, 1 həftə ərzində 3-4 dəfə “fast-food”la qidalanan kişilərin 42 %-nin spermatozoidinin tərkibi natural qidalanan kişilərə nisbətən dəfələrlə zəifdir. “McDonaldslar”da uşaqlar üçün ayrıca əyləncə mərkəzinin yaradılması isə bazarın çiçəklənməsi deməkdir. Çünki əyləncə mərkəzlərini görən uşaqlar “McDonalds”a gəlir, uşaqlar valideyni gətirir, valideyn isə özü ilə pul gətirir. Ümumiyyətlə, “McDonalds”ın əsas müştəriləri uşaqlardır. Orta statistik ailədə doğulan amerikalı uşaq gündə bir dəfə “McDonalds”da nahar edir. Orta statistik amerikalı isə hər həftə üç hamburger və dörd porsiya qızardılmış kartof yeyir.   Azərbaycanda “McDonalds” müştəriləri çoxdur “McDonalds”ların natəmizliyi barədə isə kifayət qədər çox fakt var, təbii ki, görmək istəyənə. Bir neçə il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “McDonalds”ın mətbəxindəki dəhşətli mənzərələri  əks etdirən fotoşəkil və kadrları mətbuata yayandan sonra bu müəssisənin müştərilərinin azalacağı ehtimal edilirdi, amma əksinə oldu, gənc qisim “McDonalds”a getməkdən yenə də imtina etmədi. İndi analar gününün böyük bir hissəsini “McDonalds”da keçirir, övladının təhlükəli yağda qızardılmış kartofu, içində genetik dəyişikliyə uğramış tərəvəzlər, hansı heyvanın ətindən olduğu bilinməyən kotleti olan hamburgeri hərisliklə yeməsini  sakitcə izləyir. Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərən “McDonalds”ın dünya ölkələrində 18 minədək restoranı var. Hamburger 1 il xarab olmadı! qamburger Amerikanın Colorado ştatında yaşayan dietoloq Joann Bruso, “McDonalds”ın menyusunun nə qədər təhlükəli olduğunu ətrafındakı insanlara başa salmağa çalışsa da istəyinə nail ola bilmir. Bruso dediklərini sübut etmək üçün “McDonalds”a gəlir, oradan aldığı hamburgeri açıq formada kassa  qəbzi ilə birlikdə mətbəx dolablarının birinə qoyur. Dəhşətli burasıdır ki, bir il boyunca hamburgerə nə qarışqa yaxın gəlir, nə milçək-böcək qonur, üstəlik hamburger və kartof-fri elə ilk gün göründüyü kimi qalır. 8 nəvəsini McDonaldsdan uzaq böyüdən 62 yaşlı Bruso bloq yaradaraq hər gün McDonalds yeməklərinin zərərləri barədə maraqlı yazılar paylaşır, faktlar göstərirdi.   Qidalanma ekspertləri və dietoloqlar bu faktı görəndə McDonalds qidalarının içində həddindən çox kimyəvi və qoruyucu maddə olduğu barədə deyilənləri doğruladılar. Bu maddələr xüsusilə də uşaqların inkişafına mənfi təsir göstərir. Ekspertlər deyir ki, qida–yemək, meyvə, tərəvəz xarab olmalıdır, xarab olmayan qida təbii deyil.   Məşhur menyudakı zəhərli qatqılar! Ammonium sulfat -  Heç bir  maddə çörəyin kütləsini ammonium sulfat qədər ağırlaşdırmır, amma eyni zamanda heç bir kimyəvi gübrə də onun kimi böcək öldürmür. Silikon Yağı – “McDonalds” toyuqlarının tərkibi göz üçün süni linzaların istehsalında istifadə edilən silikon yağı ilə zəngindir. Sistein-L - ətə ləzzət qazmaq üçün, eyni zamanda unlu məmulatları yumşaq saxlamaq üçün insan saçı ilə ördək tükünün sintezindən alınan Sistein L adlı asid istifadə edilir. TBHQ - Bu qatqı maddəsi McDonalds menyusunun 18 növündə var. O ölümcül maddədir, sadəcə cüzi istifadə edildiyi üçün tədrici ölüm gətirir. Propilen qlükol - antifristlərin və elektron siqaretlərin içindəki kimyəvi birləşmələrdir. Reseptlə buraxılan dərmanlar -  qidaların içində antidepressant, süni toyuq fermalarında yetişdirlən toyuqlar üçün hazırlanan yemlər qatılır. O yemlər toyuqları necə süni formada şişirdirsə insanlarda da o effekti verir. Dimetilpolisiloksan -  Demək olar ki, hər qızardılmış fast food menyusunda var. Bu maddədən linzaların,  şampun və balzamların, kosmetikaların, tikinti boyalarının, istiliyə dözümlü divar astar və üzlüklərinin tərkibində də var. Karminik turşusu -  "Koka-kola"nın tərkibindəki Cochineal bocəyindən əldə edilir. Ərzaqları, xüsusilə ətlərin qırmızıya boyamasında istifadə edilir. Silisium dioksid -  bütün sadaladıqlarımızı bir menyunun tərkibində birləşdirmə özəlliyinə malikdir. Başqa sözlə, kimyəvi yapışdırıcıdır.   Lalə Mehralı