Yuxarı

"Öldür məni, sənə qurban..."

  iyne Eftanaziya: Xəstəni öz istəyi ilə öldürmək cinayətdir, yoxsa onun iztirablarına son qoyaraq yaxşılıq etmək?   Eftanaziya - yaşayacağından ümidi kəsilmiş, dəhşətli ağrılarına görə daha çox iztirab çəkmək istəməyən xəstənin öz istəyi ilə həyatına son vermək deməkdir. Eftanaziya adətən 2 formada həyata keçirilir. Bunlardan biri, öldüyü halda tibbi aparatlara qoşulan və həyatı xilas edilməyə çalışılan insanı həmin cihazlardan ayırmaqla baş verir. Digəri isə öz dili ilə öldürülməyini tələb edən ölümcül xəstəyə  xüsusi iynə və dərmanların tətbiq edilməsi üsuldur.   Eftanaziya harda yarandı? Qeyd edək ki, eftanaziya 1984-cü ildə ilk dəfə Niderlandda leqallaşdırılsa da dünyadakı ilk belə xidmət göstərən klinika Hollandiyada açılıb. O vaxtkı qanunlara görə, 18 yaşına çatmayan şəxslərə eftanaziyaya tətbiq etmək olmazdı, Eyni zamanda bu aktın icrası həkim, xəstəxana və psixiatrla razılaşırıldıqdan sonra mümkün olurdu. Hazırda Avropada Belçika, Hollandiya, Lüksemburq və İsveçrədə eftanaziya haqqında qanun qəbul edilib.   ABŞ-da, Vaşinqtonda sağalmaz xəstəliklərə düçar olanlara həyatlarını “asanlıqla” başa vurmaları üçün həkimlərin öldürücü dərmanlar verməsinə icazə verən qanun 1999-cu ildə qüvvəyə mindi. 1998-ci ilin noyabrından bu ölkədə “qeyrətli ölüm” adlandırılan qanun layihəsi müzakirə edilirdi. Qanuna əsasən, öldürücü dərmanları yalnız o pasiyentlərə vermək olar ki, onun ehtimallara görə həyatının sonuna yarım il qalıb və həmin şəxs 18 yaşına çatıb. Bütün qərarlar qəbul edildikdən sonra həkim hər hansı bir dərmanın öldürücü dozasını pasiyent üçün müəyyən edir və dərmanın alınması və qəbulu isə xəstənin öz üzərinə düşür.    Qanun nə yerdə qaldı? Son illər Azərbaycanda da ölümün tezləşdirilməsi haqqında (eftanaziya) pasiyentin özünün, onun qohumlarının və ya maraqlarını təmsil edən şəxslərin xahişini yetirməyin qadağan olunacağı barədə müzakirələr aparıldı. Qeyd edək ki, bu “Pasiyentin hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, beyin ölümü faktının konstatasiyası zamanı pasiyentin həyatının saxlanılması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim məsləhət komissiyası tərəfindən qəbul edilir.   Qeyd edək ki, 2012-ci ildə Milli Məclisin sosial siyasət komitəsinin iclasında “Pasiyentin hüquqları haqqında” qanun layihəsi müzakirə edildi və qanun layihəsi təkmilləşdirildikdən sonra plenar sessiyaya tövsiyə olunacaqdı. Amma bir xəbər çıxmadı. Yəqin ki, yeni qanun həkim komissiyasının da eftanaziya tətbiq etməsini qadağan edəcək.   Azərbayanda eftanaziya olmur: “bu insanlığa yaraşmaz” Respublika Klinik Xəstəxanasından bildirirlər ki, qanunla qadağan olduğu üçün Azərbaycanda eftanaziya mümkün deyil: “Bizim xəstəxanada elə zamanlar olub ki, beyin ölümü gerçəkləşmiş xəstə 2-3 ay tibbi aparatlara bağlı qalıb. Nə xəstənin yaxınları, nə də xəstəxana ona eftanaziyanın tətbiqi barədə düşünməyib. Axı bu heç insanlığa da yaraşan hərəkət deyil”.   Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyindən əldə etdiyimiz məlumata görə isə bu mümkün deyil: “1997-ci ildə qəbul edilmiş “Əhalinin Sağlamlığın Qorunması Haqqında Azərbaycan Respublikasının Qanunu”n 38-ci maddəsində yazılır: “Eftanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü tezləşdirmək, həyatını davam etdirməyə kömək edən süni tədbirlərin dayandırılması qanunla qadağandır. Xəstəni bilərəkdən eftanaziya edən və yaxud etdirən şəxs qanunveriçilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır”.   Məsuliyyət kimin boynunadır? Tibb elmləri doktoru Adil Qeybulla bildirir ki, Avropanın bir neçə ölkəsində bununla bağlı müsbət qərarlar qəbul olunsa da, Azərbayacanda bu məsələ ilə əlaqədar xeyli götür-qoy olmalıdır: “Eftanaziyanın yalnız və yalnız peşəkarlığı yüksək səviyyədə olan, tam islahatlar keçirilmiş səhiyyədə tətbiq edilməsi daha məqsədəuyğundur, səhiyyə islahatları başa çatmamış, mülkiyyət formaları tam formalaşmamış, icbari tibbi sığorta sistemi axsayan və yaxu olmayan ölkələrdə isə eftanaziyanın tətbiqi əlavə problemlər yarada bilər”.   Ekspert deyir ki, bu məsələ ictimaiyyətin müzakirəsinə - referenduma çıxarılmalıdır. Bu qərarın, bir nazirliyin və ya idarənin qərarı ola bilməyəcəyini deyən ekspert , bu işin məsuliyyəti altına hamının girməsini doğru hesab edir.   “Ölüm haqdır, yaradandan başqa heç kimin buna ixtiyarı yoxdur” İlahiyyatçı Hacı Camal Həsəni deyir ki, müsəlman aləmində belə bir qərar doğru addım deyil: “Bu yaradanın işinə qarışmaqdır, başqa cür açıqlaması yoxdur. İlahi qüvvənin hər bir qulun üzərində haqqı var. Ölüm bir mələkdir, hər kəs ömür payını Allah-təalanın verdiyi qədər yaşayır. Kİm nə vaxt doğulacaq, nə vaxt öləcək–ondan başqa heç kim bilmir. Hər kəs bir vasitə ilə haqq dünyasına qovuşur, kimi qəza ilə, kimi əcəl ilə-hamısına Allah qərar verir. Ölüm bir olan Allahdan sonra ən uca olan ilahi vəsilədir. Ölümü də hər kəs dəyərləndirə bilmir”.   Müsahibimiz deyir ki, İslam özünəqəsdi qətiyyətlə rədd edir: “Peyğəmbərimiz  deyib ki, bir insanı öldürmüş kəs bütün insanlığı öldürmüş kimidir. Xəstənin iki ay, 2 il vaxtının qalmasını yalnız yaradan müəyyənləşdirə bilər, o xəstənin həyatının sonu təkcə ona məlumdur. İslam qanunlarında eftanaziya haram sayılır və həm bir müsəlman ölkəsində bu cür qərar yoxdur”.   Erməni həkim sağalacaq insanlara eftanaziya tətbiq edirmiş Erməni riyakarlığının bir forması da eftanaziya tətbiqində qeydə alınıb. Belə ki, bu gün də eftanaziya tətbiqini məqbul sayan qanunun qüvvədə olduğu Kaliforniya ştatında 1958-ci ildən qəzetlərdə eftanaziyanın təbliği aparılırdı. Məqalələrin çoxunun müəllifi də Qevorkyan soyadlı erməni olub. O tez tez mətbuatda “asan ölüm” elanları verirdi, müraciət edənlər də onun zəhərli iynələri ilə ölürdü.   Sonradan məlum oldu ki, onun eftanaziya ilə öldürdüyü 10 nəfərin əksəriyyəti ölümcül xəstəliyi olanlar olmayıb. Yəni erməni həkim sağala biləcək xəstələri də öz razılıqları ilə öldürüb, amma onlara sağala biləcəklərini deməyib. Qevorkyanın məqalələri qətiyyətlə pislənirdi. Nankor həkimin gizli eftanaziya xidməti göstərdiyi aşkarlanandan sonra isə, o, həkimlikdən uzaqlaşdırıldı və 25 il müddətinə həbsə məhkum edildi.   Lalə Mehralı